2010-cu il iyunun 7-də İstanbul şəhərində imzalanmışAzərbaycan Respublikası Sənaye Energetika Nazirliyi Türkiyə Respublikası Enerji Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı nəqli üzrə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il iyunun 7-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqli üzrə Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2011-ci il.

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 1.