Azərbaycan demokratiyaya sadiqdir
ABŞ-ın nüfuzlu "The Washington Post" qəzeti 14 fevral tarixli nömrəsində Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Yaşar Əliyevin məqaləsini dərc etmişdir.
Məqalədə Fred Hiattın qəzetin 7 fevral tarixli nömrəsində dərc olunmuş yazısına tutarlı dəlillərlə cavab verilmişdir.
Y.Əliyev məqalədə qeyd edir ki, beynəlxalq müşahidəçilərin rəylərinə əsasən, Azərbaycanda keçirilmiş və İlham Əliyevin seçicilərin böyük əksəriyyətinin səsini qazandığı 2008-ci il prezident seçkiləri ATƏT və Avropa Şurasının tələblərinin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş hesab olunmuşdur.
Məqalədə vurğulanır ki, Azərbaycan sabitliyin təmin olunmasında və bütün tərəfdaşları, o cümlədən ABŞ ilə yaxın münasibətlərin qurulmasında maraqlıdır.
Sonda qeyd edilir ki, bu il Azərbaycan öz müstəqilliyinin 20-ci ildönümünü qeyd edir. Bu dövr ərzində çətin mərhələlərdən keçərək güclü bir dövlətə çevrilmiş Azərbaycan öz vətəndaşlarına firavan və demokratik həyat təmin etmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-16 fevral.- S. 1.