Konstitusiya Məhkəməsi
Palatasının növbəti
iclası keçirilmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Goranboy Rayon Məhkəməsinin müraciətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Müraciətə mahiyyəti
üzrə, tərəflərin
iştirakı ilə
Konstitusiya Məhkəməsi
Plenumunun martın 4-nə
təyin edilmiş iclasında baxılacaqdır.
Azərbaycan.- 2011.-16 fevral.- S. 2.