"Mədəniyyət
haqqında" qanuna əlavə və dəyişikliklər olacaqdır
Fevralın 15-də Milli Məclisin Mədəniyyət
komitəsinin iclası
keçirildi. İclası
açan komitənin sədri Nizami Cəfərov ilk olaraq 2010-cu ilin payız sessiyası ərzində komitədə
görülən işlər
barədə məlumat
verdi. Qeyd edildi ki, bu dövrdə komitənin 3 iclası keçirilmiş, bir sıra sənədlər,
o cümlədən
"Azərbaycan Respublikasının
2011-ci il dövlət
büdcəsi haqqında"
qanun layihəsi, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında",
"Təhsil haqqında"
qanunlara dəyişiklik və əlavələrin edilməsi
barədə və digər məsələlər
müzakirə olunaraq
Milli Məclisə tövsiyə olunmuşdur.
Sonra parlamentin komitə Sədri 2011-ci ilin yaz sessiyası
üçün nəzərdə
tutulmuş qanunvericilik
işləri planını
təqdim etdi. Bildirdi ki, sessiya ərzində
komitədə qanunvericilik
təşəbbüsü qaydasında daxil olacaq sənədlərin,
bir sıra qanunlara, o cümlədən
"Mədəniyyət haqqında"
qanuna əlavə və dəyişikliklərin
edilməsi barədə
məsələlərin müzakirəsi
gözlənilir.
İclasda iştirak edən Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndəsi
Firudin Qurbanov "Mədəniyyət haqqında"
qanuna nəzərdə
tutulan əlavə və dəyişikliklərlə
bağlı məlumat
verdi. Bildirdi ki, əsas məqsəd
ölkənin milli-mədəni
dəyərlərinin qorunub
saxlanılması, eyni
zamanda bu sahənin müasir tələblər səviyyəsinə
yüksəldilməsidir. Qeyd
edildi ki, bu qanunun üzərində
təkmilləşdirmə işlərinin aparılması
üçün nazirlikdə
işçi qrupu yaradılıb. Hazırda
mədəniyyət sahəsində
baş verən dəyişiklikləri nəzərə
alaraq qanuna bir sıra əlavələrin
edilməsinə ehtiyac
var. Sənədə vahid mədəni
məkanın qorunub saxlanılması və inkişafı, mədəniyyət
təşkilatlarının səlahiyyətləri, bu
sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi,
yaradıcı şəxslərin
hüquq və vəzifələri, beynəlxalq
əməkdaşlıq, xaricdə
mədəniyyət
mərkəzlərinin fəaliyyəti
və digər məsələləri əhatə
edən yeni maddələrin əlavə
olunması təklif olunur.
İclasda çıxış
edən komitə üzvləri təklif olunan əlavə və dəyişikliklər
barədə, eyni zamanda bu günlərdə
efirdə Mədəniyyət
kanalının fəaliyyətə
başlaması, adlar və soyadları ilə bağlı fikirlərini açıqladılar.
Azərbaycan.- 2011.-16 fevral.- S.2.