Korrupsiyaya qarşı mübarizə daha da gücləndirilməlidir
Fevralın 15-də Nəqliyyat
Nazirliyində (NN) kollegiya
iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, tədbirdə kollegiyanın sədri, nazir Ziya Məmmədov
Korrupsiyaya Qarşı
Mübarizə üzrə
Komissiyanın yanvarın
27-də keçirilmiş iclasında
qaldırılmış məsələlər
haqqında, o cümlədən Nazirlər
Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyevin Azərbaycanda bürokratik
əngəllərin aradan
qaldırılmasına, rüşvətxorluğa
və korrupsiyaya qarşı mübarizənin
aparılmasında ictimai
nəzarətin gücləndirilməsinə
dair tapşırıqlar
verdiyini diqqətə
çatdırmışdır. Bildirilmişdir ki, bu məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə
üzrə Komissiyanın
sədri, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin söylədiyi irad və tövsiyələr
ciddi müzakirə olunmalı və qarşıya qoyulmuş vəzifələrin icra edilməsi üçün
konkret tədbirlər
görülməlidir.
Nazirlik tərəfindən
dəniz, dəmir yolu, avtomobil yolu və avtomobil
nəqliyyatı sahəsində
verilən tapşırıq
və tövsiyələrə
diqqət artırılmalı,
nəzarət mexanizmi,
xüsusilə daxili nəzarət daha da gücləndirilməlidir.
Qeyd edilmişdir ki, nəqliyyat infrastrukturu iqtisadiyyatın
ən əhəmiyyətli
sahələrindən biri
kimi dövlətin nəzarətindədir. Nazirliyin
qaynar xətti aktivləşdirilməli və
daxil olan müraciətlərə həssaslıqla
yanaşılmalıdır. Nazir bütün təsərrüfat rəhbərlərinə
lisenziyaların verilməsi
və rüsumların
yığılması qaydalarının
qanunvericiliyə uyğun
aparılmasını tapşırmışdır.
Eyni zamanda, şəffaflığın
daha da artırılması,
korrupsiyaya, süründürməçiliyə
qarşı mübarizə
sahəsində tədbirlərin
bundan sonra da intensiv davam
etdirilməsinin, nəqliyyatda
təhlükəsizlik məsələlərinə
diqqətin artırılmasının
zəruriliyi vurğulanmışdır.
İclasda dövlətimizin
başçısının tövsiyə və tapşırıqlarına uyğun
olaraq nazirliyin müvafiq strukturlarının
fəaliyyətində şəffaflığın
artırılması üzrə
qarşıda duran vəzifələr təhlil
olunmuşdur.
Azərbaycan.- 2011.-16 fevral.- S. 5.