Hindistanda Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsi elan edilmişdir

 

AzərTAc xəbər verir ki, Hindistanda "Xocalı - gələcək üçün ibrət" inşa yazı müsabiqəsi elan olunmuşdur.

Azərbaycanın Hindistandakı səfirliyinin dəstəyi "Athena Ventures" şirkətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinə bütün Hindistan üzrə start verilmişdir. İştirakçılar "Xocalı - gələcək üçün ibrət" mövzusunda inşa yazmalı fevralın 23-dək bu müsabiqə üçün təşkil olunmuş komissiyanın elektron ünvanına göndərməlidirlər.

Məktəblilər tələbələr üçün elan olunmuş müsabiqənin davam etdiyi müddət ərzində onun haqqında xəbərlər Hindistan KİV-də yer alacaqdır. Yazı müsabiqənin artıq rəsmi internet səhifəsi (www.khojalycontest.com) hazırlanmışdır. Müsabiqənin qalibləri fevralın 26-da mükafatlandırılacaqlar.

Bundan əlavə, birgünlük seminarın da keçiriləcəyi nəzərdə tutulmuşdur. Seminarda Xocalı soyqırımı haqqında videomateriallar, fotoşəkillər nümayiş etdiriləcək, "Xocalıya ədalət" kampaniyası üçün imza toplanacaqdır.

 

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 7.