Gəncənin tarixi haqqında yeni kitab

 

Son illərdə qədim Gəncə tarixinin araşdırılıb təbliğ edilməsinə xüsusi diqqət yetirilir. Əsrlərin yadigarı olan abidələr bərpa olunur, elmi-praktiki konfranslar keçirilir, kitablar nəşr edilir.

"Gəncə tarixinin aktual problemləri" mövzusundakı ikinci elmi-praktik konfransın materialları əsasında "Gəncə şəhərinin tarixi" adlı sanballı bir kitab meydana gəlmişdir.

Bu günlərdə Heydər Əliyev Xatirə Muzeyində yeni kitabın ilk nüsxələrinin təqdimat mərasimi keçirildi. Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, Regional Elm Mərkəzinin direktoru, əməkdar elm xadimi, akademiyanın müxbir üzvü Fuad Əliyev, Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, şair Məmməd Alim, Gəncə Dövlət Universitetinin dosenti Asif Cavadov, Aqrar Universitetin baş müəllimi Məleykə Əlizadə, tarixçi Samir Pişnamazzadə, şəhər sakini Nizami Əhmədov və başqaları çıxış edərək kitabın mahiyyətindən və dövlət başçısının tövsiyəsi ilə şəhərdə görülən abadlıq və quruculuq işlərindən danışdılar.

Tədbirin sonunda qədim Gəncəyə göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə şəhər ziyalıları adından minnətdarlıq məktubu qəbul olundu.

 

 

Azərbaycan.- 2011.-17 fevral.- S. 5.