Fransa XİN: Dağlıq
Qarabağ Azərbaycanın lap mərkəzində yerləşən
işğal edilmiş ərazidir
ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Xarici İşlər Nazirliyinin rəsmi saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair sənəd yerləşdirilmişdir.
http://www.diplomatie.gouv.fr/fr/conseils-aux-
voyageurs_909/pays_12191/azerbaidjan_12204/index.html
Sənəddə
Dağlıq Qarabağ bölgəsi Azərbaycanın
işğal edilmiş ərazisi adlandırılır.
Sənəddə qeyd edilir
ki, əhalisinin əksəriyyəti ermənilər olan
Dağlıq Qarabağ Azərbaycanın lap mərkəzində
yerləşir və Azərbaycan ərazisinin təqribən
20 faizi işğal edilmişdir. Azərbaycanın Ermənistanla
həmsərhəd rayonları da işğal edilmiş ərazilər
adlandırılır. Dağlıq Qarabağ məsələsi
Azərbaycanın daxili siyasət məsələsi, regionda həll
edilməmiş münaqişə isə Ermənistanla
münaqişə kimi göstərilmişdir.
Fransa XİN-i öz vətəndaşlarına
Dağlıq Qarabağa və onun ətrafındakı yeddi
rayona səfər etməməyi məsləhət
görür, onları işğal edilmiş adlandırır
və xəbərdarlıq edir ki, əgər bu bölgəyə
səfər edən şəxsin pasportunda Dağlıq
Qarabağın faktiki (seçilmiş yox!) hakimiyyət
orqanları tərəfindən verilmiş qondarma
"viza" (dırnaq işarəsi sənəddə
göstərilmişdir) vardırsa, Azərbaycan ərazisinə
daxil olmaq mümkün deyildir.
Xatırladaq ki, Fransada
böyük erməni diasporu yaşayır, lakin
gördüyümüz kimi hüquq statistikanı üstələyir.
AzərTAc
Azərbaycan.- 2011.-17 fevral.- S. 5.