Azərbaycan Prezidenti İlham Əliyev İranın informasiya texnologiyaları kommunikasiya naziri Reza Tağıpur Ənvərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də İran İslam Respublikasının informasiya texnologiyaları kommunikasiya naziri Reza Tağıpur Ənvərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir Reza Tağıpur Ənvəri İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını ən xoş arzularını dövlət başçısına çatdırdı. O, İranın dövlət başçısının ölkəmizə son səfəri zamanı göstərilən yüksək diqqətə qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə minnətdarlıq etməyi Prezident Mahmud Əhmədinejadın ona şəxsən tapşırdığını dedi. Nazir bildirdi ki, İran Prezidenti əmindir ki, belə yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi işinə xidmət edəcəkdir. Reza Tağıpur Ənvəri İran Prezidenti Mahmud Əhmədinejadın məktubunu dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın ölkəmizə səfərinin uğurlu olduğunu yaxşı nəticələr verdiyini dedi.

Dövlət başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-18 fevral.- S. 2.