Azərbaycanda yeni təyin olunmuş səfirlər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər

 

Gürcüstanın ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfirləri Teymuraz Şaraşenidze Mətyu Brayzə fevralın 17-də Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, ulu öndərin abidəsini ziyarət etmişlər.

Diplomatlar xalqımızın ümummilli liderinin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül dəstələri qoymuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-18 fevral.- S. 3.