Mətyu Brayzə: Prezident Obamanın məni səfir postuna təyin etməsi onun ABŞ-Azərbaycan əlaqələrinə böyük önəm verdiyini göstərir

 

Prezident Obamanın məni səfir postuna təyin etməsi onun ABŞ-Azərbaycan əlaqələrinə böyük önəm verdiyini göstərir.

Bu sözləri Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Mətyu Brayzə fevralın 17-də keçirdiyi mətbuat konfransında demişdir.

Brayzə qeyd etmişdir ki, Bakıya gəlməzdən əvvəl ABŞ Prezidenti Barak Obama dövlət katibi Hillari Klinton ona iki ölkə arasında əlaqələrin, dostluğun tərəfdaşlığın çox vacib olduğunu bildirmişlər.

ABŞ diplomatı demişdir ki, Prezident Obamanın təlimatlarına əsasən, iki ölkə arasında əməkdaşlığın tərəfdaşlığın daha da gücləndirilməsi üçün əlindən gələni edəcəkdir.

Brayzə vurğulamışdır ki, ABŞ-la Azərbaycanı yaxınlaşdıran bir sıra çox geniş dərin strateji maraqlar vardır. Bundan əvvəl mən söyləmişdim ki, təhlükəsizlik, enerji daxili islahatlar ölkələrimizin ortaq maraqlarıdır.

Səfir əlavə etmişdir ki, heç bir məsələ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar sülh yolu ilə nizamlanması üçün Minsk qrupuna yardım göstərməkdən vacib deyildir.

Mən ATƏT-in Minsk qrupunun, o cümlədən ABŞ-dan olan həmsədr, səfir Robert Bradtkenin səylərini dəstəkləmək üçün əlimdən gələn hər şeyi edəcəyəm. Məqsədimiz münaqişənin ədalətli uzunmüddətli həlli üçün tərəflərə yardım göstərməkdir. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, danışıqlar vasitəsilə nizamlanması bütün region üçün yaxşı olacaqdır. Bu, regionda sülh əmin-amanlığı gücləndirəcək bölgənin strateji əhəmiyyətini daha da artıracaqdır.

Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə oynadığı rola toxunan səfir demişdir ki, ABŞ hökuməti terrorizmlə mübarizədə davam edən əməkdaşlığına, xüsusilə Əfqanıstanda sülh yaradılması işinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkürünü bildirir.

Enerji sahəsində əməkdaşlıq məsələlərindən danışan səfir bildirmişdir ki, ölkələr şirkətlər Cənub dəhlizi ilə bağlı danışıqlar prosesində ciddi mərhələyə qədəm qoymuşlar. O demişdir ki, bu layihə Azərbaycanı Avropaya daha dərindən bağlayacaq Avropaya isə təbii qaz təchizatını şaxələndirməyə imkan verəcəkdir. ABŞ hökuməti bu layihəyə dəstək verməkdə maraqlıdır.

Diplomat Azərbaycanda davam edən demokratiya bazar iqtisadiyyatı ilə bağlı islahatları yüksək qiymətləndirmişdir. O demişdir ki, Birləşmiş Ştatlar Azərbaycanda son zamanlar korrupsiya əleyhinə olan təşəbbüsləri alqışlayır.

Sonda səfir Mətyu Brayzə jurnalistlərin suallarını cavablandırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-18 fevral.- S. 3.