Avropa Şurasının
baş katibinin xüsusi nümayəndəsi
vəzifəsinə ilk
dəfə olaraq Azərbaycan vətəndaşı
təyin edilmişdir
Avropa Şurasının baş katibi Töborn Yanqland bir sıra ölkələrdə özünün yeni xüsusi nümayəndələrini - AŞ ofislərinin rəhbərlərini təyin etmişdir.
Həmin xüsusi nümayəndələrdən biri Azərbaycan vətəndaşı Ülvi Axundlu olmuşdur. O, baş katibin Moldovada xüsusi nümayəndəsi, AŞ-ın Kişinyov ofisinin rəhbəri təyin edilmişdir. Beləliklə, Ülvi Axundlu AŞ-ın strukturlarında bu qədər yüksək vəzifəyə təyin edilmiş ilk Azərbaycan vətəndaşıdır.
Otuz dörd yaşlı Ülvi Axundlu müxtəlif beynəlxalq təşkilatlarda işləmişdir. 2002-2007-ci illərdə ATƏT-in Bakı ofisinin KİV siyasəti məsələləri üzrə müşaviri olmuşdur. 2007-ci ildən o, Strasburqda Avropa Şurasının Mərkəzi Aparatının kommunikasiyalar departamentində KİV-in monitorinqi bölməsinə başçılıq edirdi. 2010-cu ildən Axundlu Moldovada Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsinə rəhbərlik edirdi.
Avropa Şurasının baş katibinin Azərbaycanda yeni xüsusi nümayəndəsi vəzifəsinə isə bundan əvvəl Avropa Şurasının Belqraddakı ofisinə rəhbərlik edən yunan Konstantin Yerokostopulos təyin edilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-18 fevral.- S. 3.