Azərbaycan Respublikası
Gənclər Təşkilatları
Milli Şurasının
yaranmasının 15 illik
yubileyi qeyd olunmuşdur
Fevralın 17-də "Gülüstan"
sarayında Azərbaycan
Respublikası Gənclər
Təşkilatları Milli
Şurasının (ARGTMŞ) yaranmasının 15 illik yubileyi münasibətilə
təntənəli tədbir
keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasim
dövlət himninin səsləndirilməsi ilə
açıq elan edilmiş, şuranın tarixi və fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.
ARGTMŞ-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov çıxış
edərək bildirmişdir
ki, qurumun 15 illik fəaliyyətinin Azərbaycan cəmiyyətində
xüsusi rolu vardır. Bu gün şuranın həyata keçirdiyi layihələr, proqramlar əsasən gənclərə
və cəmiyyətdə
onları narahat edən məsələlərin
həllinə yönəlmişdir.
Hazırda şuranın
üzv təşkilatları
bütün bölgələrdə
fəaliyyət göstərir.
Qurum Avropa Gənclər Forumunun tam, BMT-nin İqtisadi-Sosial
Şurasının məşvərətçi
və İslam Konfransı Gənclər Forumunun ən fəal üzvü və təsisçisidir.
F.Muradov bildirmişdir ki, hazırda Azərbaycan gənclərinin, o cümlədən şuranın
qarşısında duran
ən ümdə məsələ ölkəmizin
ərazi bütövlüyü
istiqamətində atılan
addımların uğurlu
nəticələr verməsinə
kömək göstərməkdir.
ARGTMŞ Azərbaycan Prezidenti
İlham Əliyevin siyasətinə sadiq olaraq bu istiqamətdə
ölkə gerçəkliklərini
beynəlxalq aləmə
çatdırır.
F.Muradov bu illər
ərzində ARGTMŞ-ni
dəstəkləyən qurumlara
öz təşəkkürünü
bildirmişdir. Natiq gələcəkdə də
Milli şuranın öz bayrağını uca tutacağına inamını ifadə etmişdir. Bu günədək təşkilatın qorunub
saxlanması böyük
bir iş olmuşdur və bundan sonra da
bu iş gənc nəslin üzərinə düşür.
Şuranın 15 il ərzində əldə etdiyi uğurlar təkcə bizim deyil, bütün Azərbaycanın uğurudur.
Sonra Baş nazirin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədri
Əli Həsənov,
gənclər və idman naziri Azad
Rəhimov çıxış
edərək dövlət
gənclər siyasəti,
ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində
əldə olunmuş
nailiyyətləri diqqətə
çatdırmışlar. Bildirmişlər ki, şuranın
fəaliyyətini tənzimləyən
gənclərin arasından
ölkəmiz üçün
dəyərli olan siyasi liderlər yetişir. Şuranın sədrləri, üzvləri
bu gün dövlət qurumlarında,
parlamentdə və digər strukturlarda təmsil olunurlar. Bu məktəb hazırda öz fəaliyyətini davam etdirir və ölkə gənclərinin
maraqlarını ifadə
edir.
Gəncləri dəstəklədiklərinə
görə Baş nazirin müavini Əli Həsənov, gənclər və idman naziri Azad
Rəhimov xüsusi mükafatla təltif olunmuşlar.
Sonra İslam Konfransı Gənclər Forumunun və Avropa Gənclər Forumunun təbrik məktubları oxunmuşdur.
Tədbirdə ARGTMŞ-nin fəaliyyətinin
gücləndirilməsinə göstərdikləri dəstəyə,
bu qurumun işini daim qərəzsiz və obyektiv işıqlandırdıqlarına
görə bir sıra dövlət və hökumət rəsmilərinə, eləcə
də KİV-lərə
mükafat və diplomlar təqdim olunmuşdur. Mükafat alanlar sırasında Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc da vardır.
Tədbir konsert proqramı ilə davam etmişdir.
Xatırladaq ki,
ARGTMŞ 1995-ci il noyabrın 21-də 11 gənclər
təşkilatı tərəfindən
təsis olunmuş və 1996-cı il yanvarın 31-də Azərbaycan
Respublikası Ədliyyə
Nazirliyi tərəfindən
dövlət qeydiyyatından
keçmişdir. Hazırda Milli
Şura öz ətrafında 70 təşkilatı
birləşdirir.
ARGTMŞ
1997-ci ildən Avropa Gənclər Forumunun, həmçinin Türk Dünyası Gənclər
Birliyinin üzvüdür. 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu,
2004-cü ildən İslam
Konfransı Gənclər
Forumunun təsisçisi
və tamhüquqlu üzvüdür.
Azərbaycan.- 2011.-18 fevral.- S. 4.