Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
və sosial siyasətin həyata keçirilməsi və
müasir tələblərə uyğun təşkilinin təmin
edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
yanında aşağıdakı dövlət xidmətləri
yaradılsın:
1.1. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək
Müfəttişliyinin bazasında Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti;
1.2. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Baş Məşğulluq
İdarəsinin bazasında Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Məşğulluq Xidməti;
1.3. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi
və Bakı şəhər Əhalinin Sosial Müdafiəsi
İdarəsi ləğv edilərək, onların
bazasında Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Sosial Təminat Xidməti.
2. "Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin strukturu" təsdiq edilsin.
3. "Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi haqqında Əsasnamə" təsdiq
edilsin.
4. "Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti haqqında Əsasnamə"
təsdiq edilsin.
5. "Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq
Xidməti haqqında Əsasnamə" təsdiq edilsin.
6. "Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat
Xidməti haqqında Əsasnamə" təsdiq edilsin.
7. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin aparatının işçilərinin
say həddi 177 ştat vahidi, Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Əmək Müfəttişliyi Xidmətinin
aparatının işçilərinin say həddi 50 ştat
vahidi (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə),
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinin yerli bölmələrinin
işçilərinin say həddi 314 ştat vahidi, Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq
Xidmətinin aparatının işçilərinin say həddi
54 ştat vahidi, rayon (şəhər) məşğulluq
orqanlarının işçilərinin say həddi 303
ştat vahidi, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Sosial Təminat Xidmətinin aparatının işçilərinin
say həddi 42 ştat vahidi, Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Təminat Xidmətinin yerli bölmələrinin
işçilərinin say həddi 3003 ştat vahidi müəyyən
edilsin.
8. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki:
8.1. bir ay
müddətində Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
aparatının və strukturuna daxil olan qurumların fəaliyyətinin
maliyyələşdirilməsi və digər təminatı
ilə bağlı məsələləri həll etsin;
8.2. üç ay müddətində:
8.2.1. qüvvədə olan
qanunvericilik aktlarının bu fərmana
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
8.2.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
8.3. bu fərmandan irəli gələn
digər məsələləri həll etsin.
9. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi nazirliyin aparatının və
strukturuna daxil olan qurumların fəaliyyətinin təşkili
məqsədi ilə zəruri tədbirlərin həyata
keçirilməsini təmin etsin.
10. "Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 11 yanvar tarixli 72 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il,
¹1, maddə 25; 2002-ci il, ¹8, maddə 485; 2003-cü il,
¹10, maddə 585; 2004-cü il, ¹7, maddə 537, ¹10,
maddə 799; 2005-ci il, ¹12, maddə 1102; 2007-ci il, ¹2,
maddə 97, ¹10, maddə 947; 2008-ci il, ¹3, maddə 168,
¹5, maddə 373, ¹11, maddə 970; 2009-cu il, ¹12, maddə
983) 1-ci bəndi qüvvədən düşmüş hesab
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 fevral
2011-ci il
Azərbaycan.- 2011.-19 fevral.- S. 1.