“İnsanın
immunçatışmazlığı virusunun törətdiyi
xəstəliklə mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi və “İnsanın
immunçatışmazlığı virusunun törətdiyi
xəstəliyin (AIDS) yayılmasının
qarşısının alınması haqqında” Azərbaycan
Respublikası Qanununun qüvvədən düşmüş
hesab edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. “Əlilliyin və
uşaqların sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1992-ci il, ¹ 16, maddə 697; 1994-cü il, ¹ 15, maddə 176;
1995-ci il, ¹ 17-18, maddə 285; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 2, maddə 81, ¹ 4, maddə 305, ¹
5, maddələr 356, 378; ¹ 6, maddə 452; 1998-ci il, ¹ 1, maddə
16; 1999-cu il, ¹ 4, maddə 217, ¹ 7, maddə 395; 2001-ci il, ¹ 3, maddə
145, ¹ 12, maddələr 731, 736; 2002-ci il, ¹ 5, maddələr
244, 246, ¹ 12, maddə 706; 2004-cü il, ¹ 4, maddə 202, ¹ 7, maddə
507, ¹ 8, maddə 596; 2005-ci il, ¹ 8, maddə 684; 2007-ci il, ¹ 5,
maddə 401; 2008-ci il, ¹ 7, maddə 602; 2010-cu il, ¹ 3, maddə
171, ¹ 4, maddə 275) 45-ci maddəsinin dördüncü hissəsində
“HİV-lə yoluxmuş yetkinlik yaşına
çatmayanların valideynlərindən birinə, yaxud
onların qanuni nümayəndəsinə yoluxmuş şəxsə”
sözləri “İnsanın immunçatışmazlığı
virusu ilə yaşayan yetkinlik yaşına
çatmayanların valideynlərindən birinin və ya digər
qanuni nümayəndəsinin həmin şəxsə” sözləri
ilə əvəz edilsin.
II. “Əhaliyə tibbi
yardımın göstərilməsi, virusologiya məsələləri
üzrə elmi tədqiqatların aparılması və virus
preparatlarının istehsalı ilə məşğul olan
işçilərin öz xidməti vəzifələrinin
yerinə yetirilməsi zamanı insanın
immunçatışmazlığı virusunun törətdiyi
xəstəliyə (AIDS) tutulma, habelə bununla əlaqədar
baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq
imkanlarının məhdudluğu və ölüm hadisələrinin
dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 383; 2005-ci il, ¹ 8, maddə
692; 2008-ci il, ¹ 7, maddə 602) aşağıdakı dəyişikliklər
edilsin:
1. Qanunun adında və
1-ci bəndində “(AIDS) tutulma” sözləri “yoluxma”
sözü ilə əvəz edilsin.
2. preambuladan
“İnsanın immunçatışmazlığı virusunun
törətdiyi xəstəliyin (AIDS) yayılmasının
qarşısının alınması haqqında” Azərbaycan
Respublikası Qanununun 14-cü maddəsinə və
“Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
3-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq”
sözləri çıxarılsın.
3. həmin Qanunla təsdiq
edilmiş “Əhaliyə tibbi yardımın göstərilməsi,
virusologiya məsələləri üzrə elmi tədqiqatların
aparılması və virus preparatlarının istehsalı ilə
məşğul olan işçilərin öz xidməti vəzifələrinin
yerinə yetirilməsi zamanı insanın
immunçatışmazlığı virusunun törətdiyi
xəstəliyə (AIDS) tutulma, habelə bununla əlaqədar
baş vermiş əlillik, 18 yaşınadək
sağlamlıq imkanlarının məhdudluğu yaxud
ölüm hadisələrinin dövlət icbari
sığortası qaydaları haqqında Əsasnamə”
üzrə:
3.1. Əsasnamənin
adında “(AIDS) tutulma” sözləri “yoluxma” sözü ilə
əvəz edilsin;
3.2. I bölmənin 1-ci bəndində
“İnsanın immunçatışmazlığı virusunun
törətdiyi xəstəliyin (AIDS) yayılmasının
qarşısının alınması haqqında” Azərbaycan
Respublikası Qanununun 14-cü maddəsinə və
“Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
3-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq tərtib
edilmiş bu” sözləri “Bu” sözü ilə, “virusu (HIV)
ilə” sözləri “virusuna (İİV-ə)” sözləri
ilə əvəz edilsin;
3.3. II bölmənin ikinci
abzasında “AIDS xəstəliyinə tutulması” sözləri
“İİV-ə yoluxması” sözləri ilə əvəz
edilsin;
3.4. III bölmədə:
3.4.1. 1-ci bəndin ikinci
abzasında “AIDS xəstəliyinə tutulduqda – milyon” sözləri
“İİV-ə yoluxduqda – 1000” sözləri ilə,
üçüncü abzasında “10 milyon” sözləri
“2000” rəqəmi ilə, dördüncü abzasında “20
milyon” sözləri “4000” rəqəmi ilə əvəz
edilsin;
3.4.2. 2-ci bənddə “AIDS xəstəliyi”
sözləri “İİV-in törətdiyi xəstəlik”
sözləri ilə əvəz edilsin;
3.5. IV bölmədə:
3.5.1. bölmənin
adında “məbləğinin ödənilməsi” sözləri
və 1-ci bəndin birinci abzasında “məbləği”
sözü “ödənişi” sözü ilə əvəz
edilsin;
3.5.2. 1-ci bəndin ikinci
abzasında “AIDS xəstəliyinə tutulduqda – 5 milyon”
sözləri “İİV-ə yoluxduqda – 1000” sözləri ilə,
üçüncü abzasında “10 milyon” sözləri
“2000” rəqəmi ilə, dördüncü abzasında “20
milyon” sözləri “4000” rəqəmi ilə əvəz
edilsin;
3.5.3. 2-ci bənddə “AIDS xəstəliyinə
tutulması,” sözləri “İİV-ə yoluxması,
bununla əlaqədar” sözləri ilə, “məbləğləri”
sözü “ödənişləri” sözü ilə əvəz
edilsin;
3.5.4. 3-cü bənddə
“HIV-lə” sözü “İİV-ə” sözü ilə, hər
iki halda “məbləği” sözü “ödənişi”
sözü ilə əvəz edilsin;
3.6. V bölmədə:
3.6.1. bölmənin
adında “HIV-lə” sözü “İİV-ə” sözü
ilə, “məbləğinin” sözü “ödənişinin”
sözü ilə əvəz edilsin;
3.6.2. 1-ci bənddə “AIDS xəstəliyinə
tutulması” sözləri “İİV-ə yoluxması”
sözləri ilə əvəz edilsin;
3.6.3. 2-ci bənddə “AIDS xəstəliyinə
tutulanlara” sözləri “İİV-ə yoluxmuş
işçilərə” sözləri ilə, “AIDS xəstəliyi”
sözləri “İİV-in törətdiyi xəstəlik”
sözləri ilə, “məbləğinin” sözü “ödənişinin”
sözü ilə əvəz edilsin;
3.6.4. 3-cü bəndin birinci
abzasında “məbləğinin” sözü “ödənişinin”
sözü ilə əvəz edilsin;
3.7. VI bölmədə
“HIV-lə” sözü “İİV-ə” sözü ilə əvəz
edilsin.
III. “Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddə 497; 1999-cu il, ¹ 5, maddə
285; 2001-ci il, ¹ 3, maddələr 141, 142, 143, 144, ¹ 11, maddələr
672, 687, 693; 2002-ci il, ¹ 5, maddələr 240, 244, ¹ 6, maddə
328; 2003-cü il, ¹ 6, maddə 256; 2004-cü il, ¹ 4, maddə
199, ¹ 6, maddə 396, ¹ 7, maddə 507; 2006-cı il, ¹ 2, maddə
66, ¹ 12, maddə 1028; 2007-ci il, ¹ 6, maddə 560, ¹ 11, maddə
1052, ¹ 12, maddə 1197; 2008-ci il, ¹ 7, maddə 602; 2009-cu il, ¹ 2,
maddə 46, ¹ 12, maddə 949; Azərbaycan Respublikasının
2010-cu il 22 oktyabr tarixli 1114-IIIQD nömrəli Qanunu)
aşağıdakı əlavələr edilsin:
1. 10-cu maddəyə
aşağıdakı məzmunda onuncu hissə əlavə
edilsin:
“İnsanın
immunçatışmazlığı virusu ilə yaşayan
Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərə və Azərbaycan Respublikası
tərəfindən qaçqın statusu verilmiş şəxslərə
tibbi yardım (o cümlədən
ixtisaslaşdırılmış tibbi yardım) dövlət
tibb müəssisələrində müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş həcmdə
dövlət büdcəsinin vəsaiti hesabına göstərilir.”.
2. 35-ci maddənin birinci hissəsində
“vətəndaşlara” sözündən sonra “, qanunvericilikdə
nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri
əlavə edilsin.
IV. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə
213; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr
672, 679, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 2, ¹ 5, maddə
241, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddələr 9, 23;
2004-cü il, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹
6, maddə 413, ¹ 7, maddə 505, ¹ 9, maddə 672, ¹ 12, maddə
981; 2005-ci il, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə 560,
¹ 10, maddə 874, ¹ 11, maddə 1001, ¹ 12, maddə 1094;
2006-cı il, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə 385, ¹ 11,
maddə 923, ¹ 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, ¹ 5,
maddələr 401, 437, ¹ 6, maddə 560, ¹ 8, maddə 756, ¹ 11,
maddələr 1049, 1053; 2008-ci il, ¹ 3, maddə 156, ¹ 7, maddələr
600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009-cu il, ¹ 2, maddə
48, ¹ 5, maddə 294, ¹ 6, maddə 399, ¹ 12, maddələr 949,
969; 2010-cu il, ¹ 2, maddələr 70, 75, ¹ 4, maddə 275)
aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
1. 16-cı maddənin birinci
hissəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə
edilsin:
“İnsanın
immunçatışmazlığı virusu ilə yaşayan
şəxslərin işləməsinə yol verilməyən
peşə növləri və vəzifələr istisna
olmaqla, onları insanın
immunçatışmazlığı virusuna yoluxması səbəbinə
görə işə qəbul etməkdən, işdə irəli
çəkməkdən imtina etmək və ya işdən
azad etmək qadağandır. İşəgötürən
işçinin insanın
immunçatışmazlığı virusuna yoluxması barədə
məlumata malik olduqda bu məlumatı
açıqlamamalıdır.”.
2. 48-ci maddənin beşinci
hissəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə
edilsin:
“Şəxslər insanın
immunçatışmazlığı virusu ilə yaşayan
şəxslərin işləməsinə yol verilməyən
peşələrə və vəzifələrə qəbul
edilərkən insanın
immunçatışmazlığı virusuna mütləq
tibbi müayinədən, işlədiyi müddətdə isə
vaxtaşırı həmin müayinədən keçməlidirlər.”.
3. 54-cü maddənin birinci
hissəsinin on birinci abzası on ikinci abzas hesab edilsin və
hissəyə aşağıdakı məzmunda on birinci abzas əlavə
edilsin:
“insanın
immunçatışmazlığı virusu ilə yaşayan
işçi ilə məsləhətləşmə aparmaqla
onun üçün münasib iş şəraitinin
(xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri
üçün imkanlar və tibbi müayinələr
üçün icazələrin verilməsi və s.) yaradılması;”.
4. 62-ci maddənin birinci hissəsinin
“c” bəndinin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və hissəyə
aşağıdakı məzmunda “ç” bəndi əlavə
edilsin:
“ç) insanın
immunçatışmazlığı virusu ilə yaşayan
şəxslərin işləməsinə yol verilməyən
peşə və vəzifələrdə işləyən
işçi vaxtaşırı insanın
immunçatışmazlığı virusuna mütləq
tibbi müayinədən imtina etdikdə.”.
5. 130-cu maddənin birinci hissəsinin
“ə” bəndində “qazanılmış
immunçatışmazlığı sindromu (AIDS) xəstəliyinə
tutulmuş və ya insanın
immunçatışmazlığı virusu (HİV) ilə
yoluxmuş” sözləri “insanın
immunçatışmazlığı virusu ilə yaşayan”
sözləri ilə əvəz edilsin.
V. Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, I kitab, maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə
139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731;
2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr
234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692;
2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr
177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr
407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr
713, 714; 2004-cü il, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr
200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397,
¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə
900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə
61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462,
466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr
875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr
1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr
219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr
923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr
3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401,
440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10,
maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049,
1053, 1070, 1077, 1080, 1089, 1091, ¹12, maddələr 1195, 1211, 1217,
1218, 1221; 2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152,
159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454,
460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr
699, 701, 711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956,
957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹ 2, maddələr
36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr
404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12,
maddələr 953, 954, 966, 971; 2010-cu il, ¹ 2, maddələr 70,
71, ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹
5, maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr
577, 591, 594, 595, 598, 600; Azərbaycan Respublikasının 2010-cu
il 30 sentyabr tarixli 1076-IIIQD, 1078-IIIQD, 1080-IIIQD nömrəli, 22
oktyabr tarixli 1097-IIIQD nömrəli qanunları)
aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
1. Məcəlləyə
aşağıdakı məzmunda 49-2-ci, 49-3-cü, 66-1-ci və
53.11-ci maddələr əlavə edilsin:
“Maddə 49-2. İnsanın
immunçatışmazlığı virusuna yoluxması səbəbinə
görə təhsil hüququnun pozulması
İnsanın
immunçatışmazlığı virusuna yoluxması səbəbinə
görə şəxsin özünün və ya ailə
üzvlərinin təhsil almaq hüququnun hər hansı
formada məhdudlaşdırılması, o cümlədən
onların təhsil müəssisələrinə qəbulundan
imtina olunması və ya onların istənilən tədbirlərdə
iştirakına məhdudiyyətlər qoyulması, eləcə
də təhsil müəssisəsindən xaric edilməsinə
görə-vəzifəli şəxslər min beş
yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.
Maddə 49-3. İnsanın
immunçatışmazlığı virusu ilə yaşayan
şəxslərin sosial xidmət müəssisələrinə
yerləşdirilməsindən və onlara sosial xidmət
göstərilməsindən imtina edilməsi
İnsanın
immunçatışmazlığı virusu ilə yaşayan
şəxslərin sosial xidmət müəssisələrinə
yerləşdirilməsindən və onlara sosial xidmət
göstərilməsindən imtina edilməsinə görə-vəzifəli
şəxslər min beş yüz manatdan
iki min manatadək miqdarda cərimə edilir.
Maddə 66-1. Tibbi, kosmetoloji, bərbərxana
xidmətləri, eləcə də qan və digər bioloji
mayelərlə təması nəzərdə tutan digər
xidmətlər göstərilərkən universal təhlükəsizlik
tədbirlərinin pozulması
Tibbi, kosmetoloji, bərbərxana
xidmətləri, eləcə də qan və digər bioloji
mayelərlə təması nəzərdə tutan digər
xidmətlər göstərilərkən universal təhlükəsizlik
tədbirlərinin pozulmasına görə-fiziki şəxslər
üç yüz manat miqdarında, vəzifəli şəxslər
beş yüz manatdan yeddi yüz manatadək
miqdarda, hüquqi şəxslər iki min manatdan iki min beş
yüz manatadək miqdarda cərimə edilir.
53.11. İnsanın
immunçatışmazlığı virusu ilə yaşayan
şəxsləri, işləməsinə yol verilməyən
peşə növləri və vəzifələr istisna
olmaqla, insanın immunçatışmazlığı
virusuna yoluxması səbəbinə görə işə qəbul
etməkdən, işdə irəli çəkməkdən
imtina edilməsinə və ya həmin səbəbdən
onların işdən azad edilməsinə görə-vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək
miqdarda cərimə edilir.”.
2. 61-ci və 62-ci maddələrin
adlarında və dispozisiyalarında, 63-cü maddənin
adında və 63.2-ci maddənin dispozisiyasında ikinci halda
“HİV-lə” sözü “insanın
immunçatışmazlığı virusuna” sözləri
ilə, 63.2-ci maddənin dispozisiyasında birinci halda “HİV-lə”
sözü “İnsanın
immunçatışmazlığı virusuna” sözləri
ilə əvəz edilsin.
VI. Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinin
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, III kitab, maddə 586, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 7, maddə
455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr 237, 240, 244, ¹ 8,
maddə 463; 2004-cü il, ¹ 6, maddə 399; 2005-ci il, ¹ 4, maddə
278; 2006-cı il, ¹ 11, maddə 929; 2007-ci il, ¹ 8, maddə 756, ¹
11, maddə 1049, ¹ 12, maddələr 1197, 1218; 2008-ci il, ¹ 6, maddə
462, ¹ 7, maddələr 602, 607; 2010-cu il, ¹ 3, maddə 171, ¹ 4,
maddə 275, ¹ 7, maddə 591) 93.2-ci maddəsinə
aşağıdakı məzmunda üçüncü hissə
əlavə edilsin:
“Cəzaçəkmə
müəssisələrində insanın
immunçatışmazlığı virusu
infeksiyasının profilaktikası məqsədi ilə
insanın immunçatışmazlığı virusunun
törətdiyi xəstəliklə mübarizə haqqında
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş tədbirlər həyata keçirilir.”.
VII. “Televiziya və radio
yayımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 10, maddə
583; 2004-cü il, ¹ 1, maddə 10; 2005-ci il, ¹ 4, maddə 278, ¹ 6,
maddə 469; 2006-cı il, ¹ 11, maddə 932, ¹ 12, maddə 1005;
2007-ci il, ¹ 6, maddə 560, ¹ 8, maddə 749, ¹ 11, maddə 1053;
2009-cu il, ¹ 6, maddə 394; 2010-cu il, ¹ 7, maddə 600) 32.0.9-cu maddəsinin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və Qanuna
aşağıdakı məzmunda 32.0.10-cu maddə əlavə
edilsin:
“32.0.10. dövlət
və ictimai teleradio yayımçıları tərəfindən
insanın immunçatışmazlığı virusu
infeksiyasının profilaktikası barədə maarifləndirici
verilişlərin, sosial reklam çarxlarının
nümayişi üçün ayda 20 dəqiqədən az
olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin
daha əlverişli vaxtda yayımı təmin edilməlidir.”.
VIII. “Körpələrin və
erkən yaşlı uşaqların qidalanması haqqında”
Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8, maddə
417; 2004-cü il, ¹ 10, maddə 781; 2007-ci il, ¹ 6, maddə 561)
aşağıdakı əlavələr və dəyişiklik
edilsin:
1. 5-ci maddənin adında
“anaların” sözündən sonra “, insanın
immunçatışmazlığı virusu ilə yaşayan
analardan doğulmuş körpələrin” sözləri əlavə
edilsin.
2. Qanuna
aşağıdakı məzmunda 5.3-cü maddə əlavə
edilsin:
“5.3. İnsanın
immunçatışmazlığı virusu ilə yaşayan
analardan doğulmuş körpələr qida məhsulları
ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada pulsuz təmin olunurlar.”.
3. 11.2.6-cı maddənin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və Qanuna
aşağıdakı məzmunda 11.2.7-ci maddə əlavə
edilsin:
“11.2.7. insanın
immunçatışmazlığı virusu ilə yaşayan
hamilə qadınları yeni doğulmuş uşaqları ana
südünün əvəzediciləri ilə
qidalandırmanın zəruriliyi barədə elmi cəhətdən
təsdiq olunmuş məlumatlarla təmin etmək.”.
IX. “İctimai televiziya və
radio yayımı haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 11, maddə 888; 2006-cı il, ¹ 3, maddə 224, ¹
12, maddə 1005; 2007-ci il, ¹ 5, maddələr 435, 442, ¹ 12, maddə
1218; 2009-cu il, ¹ 10, maddə 772) aşağıdakı məzmunda
13.10-cu maddə əlavə edilsin:
“13.10. İctimai
yayımçı insanın
immunçatışmazlığı virusu
infeksiyasının profilaktikası barədə maarifləndirici
verilişlərin, sosial reklam çarxlarının
nümayişi üçün ayda 20 dəqiqədən az
olmayan efir vaxtı ayırmalı və həmin verilişlərin
daha əlverişli vaxtda yayımını təmin etməlidir.”.
X. “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 9, maddə
684) aşağıdakı məzmunda 11.3-cü maddə əlavə
edilsin:
“11.3. Təhsil müəssisələrində gənclər arasında insanın immunçatışmazlığı virusu infeksiyasının, cinsi yolla keçən infeksiyaların profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə tədris proqramlarına ayrıca bölmələr daxil edilir. Təhsilin hər bir pilləsində insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası üzrə tədrisin məzmunu, həcmi və metodologiyası yaşa uyğun, elmi cəhətdən dəqiq, dəlillərin göstərildiyi və insan hüquqlarına söykənən məlumatlara əsaslanır.”.
XI. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 2, maddə 94, ¹ 5, maddə 382; 2001-ci il, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 6, maddə 328; 2005-ci il, ¹ 12, maddə 1093; 2008-ci il, ¹ 7, maddə 602) qüvvədən düşmüş hesab edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 dekabr 2010-cu il.
Azərbaycan.- 2011.-19 fevral.- S. 2.