“Ədliyyə
orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavə edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Ədliyyə
orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, №
7, maddə 586; 2007-ci il,
№ 1, maddə 1, № 8, maddə
756, № 11, maddələr 1078, 1081; 2008-ci il, № 3, maddə 155, № 6, maddə 481, № 8, maddələr
694, 710; 2009-cu il, № 6, maddə
399, № 11, maddə 878; 2010-cu il, № 3, maddə 171, № 4, maddə 273) aşağıdakı
dəyişikliklər və
əlavə edilsin:
1. 2.1-ci maddədə
“Məhkəmə qərarlarının
icrası haqqında”,
“Məhkəmə nəzarətçiləri
və məhkəmə
icraçıları haqqında”
sözləri “İcra
haqqında”, “İcra məmurları haqqında”
sözləri ilə əvəz edilsin;
2. 23.7-ci maddədə
“məhkəmə icraçılarına”
sözləri “icra məmurlarına” sözləri
ilə əvəz edilsin;
3. 26.1-ci maddədə:
3.1. “xidmətlərində” sözündən
sonra “, regional ədliyyə
şöbələrində” sözləri əlavə
edilsin;
3.2. “məhkəmə nəzarətçiləri
və məhkəmə
icraçıları” sözləri
“icra məmurları” sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 dekabr 2010-cu il.
Azərbaycan.- 2011.-19 fevral.- S. 1.