Nazirlər Kabineti dövlət əhəmiyyətli
su anbarlarının etibarlı mühafizəsinin
təmin edilməsi və texniki vəziyyətinə nəzarətin
həyata keçirilməsi
məqsədilə sərəncam
qəbul etmişdir
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi və texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, həmçinin onların səmərəli istismar edilməsi və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Nazirlər Kabineti fevralın 18-də sərəncam qəbul etmişdir.
Sərəncama görə, su elektrik stansiyaları və onların suqəbuledici qurğuları istisna olmaqla, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Ceyranbatan su anbarları, onların mühafizə və sutənzimləyici hidrotexniki qurğuları Fövqəladə Hallar Nazirliyinin balansına verilmişdir.
Eyni zamanda, Fövqəladə
Hallar Nazirliyinə tapşırılmışdır ki, su anbarlarının
təhlükəsizliyinin təmin
edilməsi qaydalarını
və respublikada su ehtiyatlarının idarə olunması sistemi barədə təkliflərini 2 ay müddətində Nazirlər
Kabinetinə təqdim
etsin.
Azərbaycan.- 2011.-19 fevral.- S. 3.