"Azərbaycan
Respublikası hökuməti
və Monteneqro hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların
ləğv edilməsi
haqqında" sazişin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası hökuməti və Monteneqro hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" 2010-cu il noyabrın 26-da Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2011-ci il
Azərbaycan.- 2011.-20 fevral.- S. 1.