Filmin istehsalı başa çatmışdır

 

"Azərbaycan Televiziya Radio Verilişləri" QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "Deyilənlər gəldi başa" sənədli televiziya filminin istehsalı başa çatmışdır.

QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, filmdə görkəmli ictimai xadim, xalq yazıçısı Yusif Səmədoğlunun həyat yaradıcılığından söhbət açılır.

Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Namiq Ağayev, operatoru Mətləb Yaqubovdur

 

 

Azərbaycan.- 2011.-20 fevral.- S. 8.