Azərbaycan Respublikası
Nəqliyyat Nazirliyi
"Azəryolservis" Açıq
Səhmdar Cəmiyyətinin
işçilərinə "Əməkdar Mühəndis"
fəxri adının
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq Azərbaycanda nəqliyyat-yol
infrastrukturunun inkişafındakı
xidmətlərinə görə
Azərbaycan Respublikası
Nəqliyyat Nazirliyi
"Azəryolservis" Açıq
Səhmdar Cəmiyyətinin
aşağıdakı işçilərinə
"Əməkdar Mühəndis"
fəxri adı verilsin:
Əhmədov Qəhrəman
Məmmədəli oğlu
Piriyev Qurban Zeynəddin oğlu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 fevral 2011-ci il
Azərbaycan.- 2011.- 22 fevral.- S. 2.