Ə.İ.Abasova
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün verilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına
uyğun olaraq qərara alıram:
1. Azərbaycanda
nəqliyyat-yol infrastrukturunun
inkişafındakı xidmətlərinə
görə Abasov Ənvər İbrahim oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
verilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 fevral 2011-ci il
Azərbaycan.- 2011.- 22 fevral.- S. 2.