Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral  tarixli  Sərəncamı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq

edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun

artırılması üzrə Dövlət Proqramı”na

 

Ə L A V Ə L Ə R

      

                                                                                                                                                                                                                                                                                                                                             

Sıra ¹-si

Tədbirin adı 

Tədbirin məqsədi

İcra müddəti

İcraçılar

 

1. Yaşayış şəraitinin yaxşılaşdırılması və müvəqqəti məskunlaşma sahəsində

 

1.1

Abşeron rayonunun Masazır qəsəbəsində ayrılmış torpaq sahəsində Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2 yataqxanada müvəqqəti məskunlaşmış  800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara  köçürülməsi

yataqxanalarda yaşayan 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

 

 

2011-2012

 

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, müvafiq rayon icra hakimiyyətləri

 1.2.

Naftalan şəhərindəki 4 sanatoriyada (“Goran”, “Şirvan”, “Azərbaycan”, “Mil”) müvəqqəti məskunlaşmış 2620 nəfərdən ibarət  524 məcburi köçkün ailəsi üçün Goranboy rayonu ərazisində ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara  köçürülməsi

sanatoriyalarda yaşayan 2620 nəfərdən ibarət 524 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

 

 

2011-2012

 

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, müvafiq şəhər və rayon icra hakimiyyətləri

 1.3.

Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında müvəqqəti məskunlaşmış 3092 nəfərdən ibarət  736 məcburi köçkün ailəsi üçün Bakı şəhəri və ya Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara  köçürülməsi

Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında yaşayan 3092 nəfərdən ibarət 736 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

 

 

2011-2013

 

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, müvafiq şəhər və rayon icra hakimiyyətləri

1.4.

Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət  1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara  köçürülməsi

başqa vətəndaşlara məxsus olan mənzillər və evlərin boşaldılması, orada müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

2012-2014

 

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, müvafiq şəhər və rayon icra hakimiyyətləri

 1.5.

Ağcabədi rayonunun Taxta Körpü ərazisində yeraltı qazma və daxmalarda xüsusilə ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500  məcburi köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi üçün ayrılmış torpaq sahələrində yaşayış evlərinin tikilməsi və ya qəsəbələrin  salınması və həmin ailələrin bu binalara  köçürülməsi

Laçın  rayonundan olan və  ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət  1500 məcburi köçkün ailəsinin yaşayış şəraitinin yaxşılaşdırılması

2011-2014

 

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və müvafiq rayon icra hakimiyyətləri

1.6.

Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış 2595 nəfərdən ibarət  519 məcburi köçkün ailəsi (Xocalı rayonundan olan 1665 nəfərdən ibarət  333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən ibarət  186 ailə) üçün Göygöl və Goranboy rayonları ərazilərində qəsəbələrin salınması və həmin ailələrin bu qəsəbələrə köçürülməsi                                                                                                                                                                 

2595 nəfərdən ibarət  519 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

 

 

2012-2014

 

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, müvafiq şəhər və rayon icra hakimiyyətləri

1.7.

Respublika ərazisində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün Bakı şəhəri, Abşeron rayonu və respublikanın digər ərazilərində çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi

yataqxanalarda yaşayan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

2012-2015

 

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, müvafiq şəhər və rayon icra hakimiyyətləri

1.8.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan ilk peşə ixtisas təhsili müəssisələrinin inzibati binalarında və yataqxanalarda müvəqqəti məskunlaşmış 3901 nəfərdən ibarət 867 məcburi köçkün ailəsi üçün Bakı şəhəri və ya Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və ya qəsəbələrin salınması və həmin ailələrin bu binalara köçürülməsi

3901 nəfərdən ibarət 867 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması

 

2012-2015

 

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, müvafiq şəhər və rayon icra hakimiyyətləri

 

 

Azərbaycan.- 2011.- 22 fevral.- S. 2.