"Ana dilimizi sevək, sevdirək"
Gənc
Tamaşaçılar Teatrında Təhsil Nazirliyi və
"Çağ" Öyrətim İşlətmələri
Azərbaycan Türkiyə özəl liseyləri tərəfındən
"Ana dilimizi sevek, sevdirək" müsabiqəsi
keçirildi.
Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov ulu öndərin Azərbaycan dilinə verdiyi böyük töhfələrdən söhbət açdı. Azərbaycan türk özəl liseyi, "Çağ" öyrətimin rəhbəri Arif Gömləksiz müsabiqənin önəmindən danışdı. Müsabiqə üç turdan ibarət idi. Öncə bütün kateqoriyalardan qeydiyyatdan keçən şagirdlər arasında bir seçim keçirilir ve hər katiqoriyanın qalibi müəyyənləşdirilir. Bakıda keçirilən ikinci turda inşa, qrammatika, internet səhifəsi hazırlamaq kateqoriyalarının fınalı, mahnı və şeirin isə yarımfinalı keçirilir və ən yaxşı beş mahnı, beş şeir finala vəsiqə qazanır. Sonda isə mahnı və şeir kateqoriyaları üzrə fınal keçirilir və münsiflər heyətinin qərarına əsasən qaliblər müəyyənləşir. Səkkizinci dəfə baş tutan bu müsabiqədə əsas məqsəd ana dilimizi ən təkmil, mükəmməl dil səviyyəsinə qaldırmaq, gələcək nəsillərə çatdırmaqda bir pay sahibi olmaqdır.
Tədbirdə mahnı və
şeir üzrə
final iştirakçılarının çıxışı dinlənildi.
Qiymətləndirmə
münsiflər heyəti tərəfındən
aparıldı. Müsabiqənin şərtinə əsasən birinci yer
- 350, ikinci yer - 250, üçüncü yer - 200 manat olmaqla
qaliblər sertifikat, medal və başqa hədiyyələrlə
mükafatlandınldı. Təltif edilmə mərasimində münsiflər
heyeti Türkiyənin Azərbaycandakı səfiri Hülusu
Kılınc tərəfindən
mükafatlandıldı.
Ülviyyə VAHIDQIZI
Azərbaycan.- 2011.-22 fevral.- S. 12.