Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə Xocalı əhalisinin dünya dövlətlərinə, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatına MÜRACİƏTİ

 

Biz - 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçiləri tərəfindən törədilmiş soyqırımının möcüzə nəticəsində sağ qalmış şahidləri Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatına, eyni zamanda, dünyanın bütün mütərəqqi ictimaiyyətinə növbəti dəfə böyük ümidlərlə müraciət edir, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi zərurətini bir daha sivilizasiyalı beynəlxalq aləmin nəzərinə çatdırırıq.

İrandan Azərbaycana köçmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə Dağlıq Qarabağda abidə ucaltmış ermənilərin millətçi ekstremist dairələri tarixi Azərbaycan torpaqları hesabına xəyali "böyük Ermənistan" ideyasını reallaşdırmaq məqsədi ilə son iki əsrdə xarici havadarlarının köməyi ilə Azərbaycana qarşı işğalçılıq siyasətini ardıcıl şəkildə həyata keçirmiş, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman çoxsaylı terror aksiyaları kütləvi qırğınlar, deportasiya soyqırımı kimi bəşəri cinayətlər törətmişlər.

Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə soyqırımı siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş dədə-baba torpaqlarından didərgin salınmışdır.

1988-1989-cu illərdə Ermənistanda öz tarixi-etnik torpaqlarında yaşayan 250 mindən artıq azərbaycanlı son nəfərinə kimi deportasiya edilmiş, bu qanlı aksiya zamanı yüzlərlə günahsız insan - qocalar, qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir. Nəticədə Ermənistan erməni millətçilərinin illərlə arzusunda olduqları monoetnik dövlətə çevrilmişdir.

1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları yenidən baş qaldırmış, bu məqsədlə Dağlıq Qarabağda heç bir tarixi, siyasi, etnik əsası olmayan erməni separatizminə rəvac verilmişdir.

Artıq 20 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan 1990-cı illərin əvvəllərinədək bütünlüklə, azərbaycanlıların yaşamış olduqları 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1 milyondan artıq azərbaycanlı öz əzəli yurdlarından vəhşicəsinə qovulmuş, on minlərlə adam qətlə yetirilmiş şikəst edilmişdir. İndiyədək erməni girovluğundan 1400-ə yaxın azərbaycanlı azad edilsə , Ermənistanın Dağlıq Qarabağın həbs düşərgələrində ağlasığmaz təhqir işgəncələrdən əziyyət çəkən 4 mindən artıq Azərbaycan vətəndaşının taleyi hələ qeyri-müəyyən olaraq qalmaqdadır. İşğal zonasında yüzlərlə şəhər kənd, minlərlə ictimai-mədəni tikili, təhsil səhiyyə müəssisələri, tarixi- mədəniyyət abidələri, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə yeksan edilərək misli görünməmiş vandalizmə məruz qalmışdır.

İyirminci əsrin 90-cı illərinin əvvəllərində Qarabağın Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban s. kimi azərbaycanlılar yaşayan kəndlərində erməni silahlılarının törətdikləri kütləvi qırğınlar, Bakıda digər şəhərlərimizdə həyata keçirilmiş qanlı terror aksiyaları, nəhayət, Xocalı soyqırımı "məzlum əzabkeş erməni" vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.

Acı təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, XX əsrin ən dəhşətli faciələri hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı da əlavə olunmuşdur.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan o dövrdə Dağlıq Qarabağın Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə yeddi min nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər (hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd aydan çox idi ki, tam mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çoxlu sayda xəstələr, yaralılar, qocalar, qadınlar uşaqlar var idi.

Həmin gecə Xocalı şəhəri yerlə yeksan edildi. Əliyalın dinc mülki əhali kütləvi qətliama məruz qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Erməni millətçiləri XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində xeyli Xocalı sakini tarixə şahidlik etmək üçün sağ qaldı.

Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin taleyi bu gün məlum deyil. Faciə nəticəsində 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl qoca idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlanlar qızlardır.

Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.

Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan bu cür qəddarlıq vəhşilik insan tərəfindən həyata keçirilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin təşkilatçısı özünü bütün dünyaya "əzabkeş məzlum" millət obrazında təqdim edən davakar erməni millətçiliyidir.

Artıq 19 ildir ki, məcburi köçkünlük həyatı yaşayan biz xocalılılar dünyanın bütün sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara ürək ağrısı ilə, eyni zamanda böyük ümidlərlə müraciət edirik. İnanırıq ki, nüfuzlu beynəlxalq təşkilatlar olan BMT, AŞ ATƏT, sülhsevər qüdrətli ölkələr beynəlxalq hüquqa bəşəri dəyərlərə məhəl qoymayan təcavüzkar bir dövləti - Ermənistanı haqq-ədalət prinsipləri ilə yaşamağa qonşu dövlətlərlə sivil münasibətlər qurmağa məcbur edəcəkdir!

İşğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bugünədək icra edilməməsi, ilk növbədə, həmin təşkilatın nüfuzuna ciddi zərbə beynəlxalq aləmə meydan oxumaqdır.

Biz münaqişənin nizama salınmasında Azərbaycan dövlətinin haqlı ədalətli mövqeyini, eyni zamanda, aparıcı dünya dövlətlərinin beynəlxalq təşkilatların sülhyaratma səylərini dəstəkləməklə, Ermənistanın beynəlxalq hüququn təməl prinsiplərinə zidd olan təcavüzkar siyasi xəttini təkcə regionda deyil, bütün dünyada sülh əmin-amanlıq üçün ciddi təhlükə hesab edirik. Bu, labüd gerçəkliyə mütərəqqi beynəlxalq ictimaiyyət laqeyd qalmamalıdır.

Bir daha əmin olduğumuzu bildiririk ki, dünya birliyi tərəfindən ədalətli obyektiv mövqe nümayiş etdiriləcək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə birmənalı qiymət verilərək ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, bir milyondan artıq qaçqın məcburi köçkün öz dədə-baba yurdlarına qayıdacaqdır.

 

Müraciət Xocalı məcburi köçkünlərinin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində keçirilmiş ümumi toplantısında qəbul olunmuşdur.

 

Azərbaycan Respublikası, 3 fevral 2011-ci il

 

 

Azərbaycan.- 2011.-23 fevral.- S. 1.