Azərbaycanda səfərdə olan ATƏT sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi XİN-də olmuşdur

 

Azərbaycanda səfərdə olan ATƏT sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Gedryus Çakuolis Xarici İşlər Nazirliyində olmuşdur.

Nazir müavinləri Araz Əzimov Mahmud Məmmədquliyev ilə görüşən qurum rəsmisi həlli vacib məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi haqqında danışmışdır.

Bildirilmişdir ki, Litva ATƏT-ə sədrlik dövründə uzunsürən münaqişələrin nizamlanması, eləcə Dağlıq Qarabağ probleminin həlli istiqamətində müsbət nəticələrə nail olunmasına çalışacaqdır. Xüsusi nümayəndənin səfəri bu gün başa çatacaqdır.

 

 

Azərbaycan.- 2011.-23 fevral.- S. 5.