Vəhşi heyvandan da betər...
Ananın gözü görə-görə
oğlunu, uşağın
bəbəkləri qarşısında
atasını güllələdilər.
Qadınlara, qocalara, körpələrə
olmazın işgəncə
verdilər. Görünməmiş vəhşiliklər törətdilər.
İnsanları kəsdilər,
doğradılar, dondurdular,
yandırdılar...
Yarımca qətrə vicdana sahib olan kəslər bunları edə bilməzdilər. Bu vəhşiliklər
heç soyqırımı
anlayışının da
çərçivəsinə sığmır. Vəhşi
heyvanın törədə
biləcəyindən də
betər idi bu ağlagəlməz, qeyri-insani əməllər.
Etdikləri vəhşilikləri
həyasızcasına danan,
törətdikləri cinayətlərdən
hiyləgərcəsinə yaxalarını qurtarmaq istəyən ermənilər
dünyanın gözündən
pərdə asa bilərlərmi heç?..
Azərbaycan.- 2011.- 23 fevral.- S. 7.