Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində iştirak etmişdir

 

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyev Mülki Müdafiə Qoşunlarının "N" hərbi hissəsinə gəldi.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev Ali Baş Komandana raport verdi.

Dövlətimizin başçısı, Ali Baş Komandan əsgərləri salamladı.

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının döyüş bayrağı haqqında Azərbaycan Prezidentinin Sərəncamı oxundu.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev döyüş bayrağını hərbi hissəyə təqdim etdi.

Şəxsi heyət əsgəri şərəf, şücaət şöhrət rəmzi olan döyüş bayrağını göz bəbəyi kimi qoruyacağına, Vətənə, xalqa sədaqətlə xidmət edəcəyinə, Ali Baş Komandanın əmrlərinin icrasına daim hazır olacağına and içdi.

Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı şəxsi heyət qarşısında çıxış etdi.

 

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 1.