Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Hərbi İdman Şurasının
prezidenti Hamad Kalkaba Malboumu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboumu qəbul etmişdir.
Dövlətimizin başçısı Hamad Kalkaba Malboumu Beynəlxalq Hərbi İdman Şurasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı.
Görüşdə Beynəlxalq Hərbi İdman Şurası ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.-24 fevral.- S. 2.