Estoniya Respublikasının
Prezidenti zati-aliləri
cənab Toomas Hendrik İlvesə
Hörmətli cənab
Prezident!
Əziz dostum!
Ölkənizin milli bayramı - Müstəqillik günü
münasibətilə Sizi
və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Azərbaycan-Estoniya münasibətləri bu gün hərtərəfli
inkişaf yoluna qədəm qoymuşdur. Əminəm ki, dostluq əlaqələrimizin
möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada
əməkdaşlığımızın
dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə
səylər göstərəcəyik.
Sizə möhkəm
cansağlığı, işlərinizdə
uğurlar, dost Estoniya
xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 fevral 2011-ci il
Azərbaycan.- 2011.-24 fevral.- S. 2.