Beynəlxalq sərgidə nümayiş etdirilən Azərbaycan guşəsi böyük marağa səbəb olmuşdur

 

Fevralın 23-də Əl-Küveyt şəhərində beynəlxalq sərgi açılmışdır. Azərbaycanın Küveytdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, sərgidə Azərbaycan, ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Hindistan, Suriya digər ölkələr iştirak edirlər.

Sərginin Azərbaycan guşəsində ölkəmizin müstəqilliyinin bərpasının 20-ci ildönümü Prezident İlham Əliyevin 2011-ci ili "Turizm ili" elan etməsi ilə əlaqədar respublikamızın qədim tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, turizm potensialı, mətbəxi, sürətlə inkişaf edən iqtisadiyyatı, həyata keçirilən demokratik islahatlarla bağlı məlumatlar, fotoşəkillər, film, eləcə sənətkarlarımızın əl işləri nümayiş etdirilir.

Beynəlxalq şərgidə nümayiş etdirilən Azərbaycan pavilyonunu gün ərzində 200-ə yaxın insan ziyarət etmişdir.

Azərbaycan pavilyonuna böyük maraq göstərən ziyarətçilər arasında Küveytin informasiya naziri Sabah Əl-Xalid Əl-Həməd Əl-Sabah, bu ölkədə səfərdə olan Böyük Britaniyanın sabiq Baş naziri, tanınmış icitimai-siyasi xadim Con Meycer İraqın tanınmış hüquqşünası ictimai xadimi Münir Əl-Həddad da olmuşlar.

Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev C.Meycerə ölkəmizin qədim tarixi haqqında məlumat vermişdir.

C.Meycer Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar xalqımızı təbrik etmiş, səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmişdir.

Sərgi üç gün davam edəcəkdir.

 

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 2.