"Azərbaycan Hava Yolları" QSC "Air France" şirkəti birgə istismar haqqında razılaşma imzalamışlar

 

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Air France" şirkəti birgə istismar haqqında razılaşma imzalamışlar. Razılaşmaya əsasən, şirkətlər fevralın 22-dən etibarən Paris Bakı arasında reyslər həyata keçirirlər.

QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu razılaşma "Air France" şirkətinə sərnişinlərinə iki ölkənin paytaxtları arasında həftədə üç reys təklif etmək imkanı yaradacaqdır. QSC isə "Air France" aviaşirkətinin çoxşaxəli marşrut şəbəkəsi sayəsində əlavə sərnişin axını əldə edəcəkdir.

Uçuşlar QSC-nin "Aerobus-319" təyyarələri ilə yerinə yetiriləcəkdir.

 

 

Azərbaycan.- 2011.- 24 fevral.- S. 2.