Tehran musiqisevərləri "Qarabağ" mahnısını ayaqüstə hərarətlə alqışlamışlar

 

İranda keçirilən 26-cı Beynəlxalq "Fəcr" musiqi festivalında ölkəmizi Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri təmsil etmişdir.

Fevralın 22-də orkestrimiz Tehranın "Əndişə" sarayında möhtəşəm konsert proqramı ilə çıxış etmişdir. Konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin "İstiqlal" marşı ilə başlanmışdır. Orkestr Xalq Artisti Ağaverdi Paşayevin dirijorluğu ilə 21 əsər ifa etmişdir.

Əmkdar Mədəniyyət Xadimi Nurlan Əzizbəyli Əmkdar Artist Anar Şuşalının çıxışları sonsuz maraqla qarşılanmışdır. Onların birlikdə ifa etdikləri Bəhram Nəsibovun "Qarabağ" mahnısını Tehran musiqisevərləri ayaqüstə hərarətlə alqışlamışlar.

Musiqiçilərimiz fevralın 23-də Zəncan şəhərində daha bir konsert proqramı ilə çıxış edəcəklər.

 

 

Sabir Şahtaxtı,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 7.