Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibinin birinci müavini Ceyms Staynberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də ABŞ-ın dövlət katibinin birinci müavini Ceyms Staynberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq arasında təkbətək görüş oldu. Sonra görüş geniş tərkibdə davam etdirildi.

Ceyms Staynberq ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ştatların dövlət katibinə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 1.