Daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin üç əməkdaşı xidmətdən xaric olunmuşdur

 

Daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin üç əməkdaşı xidmətdən xaric olunmuşdur.

Bu barədə AzərTAc-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir.

Məlumatda bildirilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin üç əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunmuş, habelə xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarlarının qanunsuz hərəkətlərinə göz yummuş altı nəfər Yol Patrul Xidməti əməkdaşı tutduğu vəzifədən azad edilmişdir.

 

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 3.