Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlıq yüksək səviyyədədir

 

Ukraynada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ali Radanın sədri Vladimir Litvin ilə görüşmüşdür.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında siyasi iqtisadi məsələlər müzakirə olunmuşdur. Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlığın səviyyəsindən razılığını ifadə edən tərəflər hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmişlər.

 

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 3.