Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın daxili
işlər naziri Vano Merabişvilini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.- 2011.-26 fevral.- S. 1.