Azərbaycan Respublikası
Fövqəladə Hallar
Nazirliyinin Su Ehtiyatları Dövlət
Agentliyinin yaradılması
və Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, ölkənin su ehtiyatlarının idarə
olunmasının təkmilləşdirilməsi məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin Su
Ehtiyatları Dövlət Agentliyi yaradılsın.
2. Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹
4, maddə 326; 2008-ci il,
¹ 2, maddə 50, ¹ 4, maddə
260, ¹ 6, maddə 508; 2009-cu il,
¹ 9, maddə 687, ¹ 12, maddə
983; 2010-cu il, ¹ 2, maddələr
83, 85; Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 15 fevral tarixli 381 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyinin strukturu”na “Dövlət Material Ehtiyatları Agentliyi” abzasından sonra “Su Ehtiyatları
Dövlət Agentliyi”
abzası əlavə
edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, iki ay müddətində:
3.1. Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət
Agentliyinin Əsasnaməsinin
layihəsini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 fevral 2011-ci il
Azərbaycan.- 2011.-26 fevral.- S. 1.