Ukrayna Prezidenti Azərbaycan XİN-in başçısı ilə
görüşmüşdür
AzərTAc Ukrayna Prezidenti mətbuat xidmətinə istinadla xəbər verir ki, fevralın 24-də Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.
Ukrayna dövlətinin başçısı Ukrayna-Azərbaycan
münasibətlərinin davamlı
şəkildə zənginləşməkdə
olduğunu qeyd etmişdir. V.Yanukoviç
bu yaxınlarda Davosda keçirilən Ümumdünya iqtisadi forumu zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə konstruktiv görüşünü xatırlayaraq
demişdir: "Biz birgə planlarımızı
müzakirə etdik. Azərbaycan tərəfinin
təklifləri Ukrayna
üçün bu gün çox aktualdır. Bizim vəzifəmiz Azərbaycanın
enerji resurslarının
cəlb edilməsi istiqamətində daha fəal iş aparmaqdır. Ümid edirik ki, Odessa-Brodı
kəməri ilə ilk milyon ton
neftin ötürülməsi
böyük layihələrə
verilən startın əsasının qoyulduğuna
zəmanətdir".
Azərbaycan.- 2011.-26 fevral.- S. 1.