Beynəlxalq mühasibat uçotu sisteminə keçidin zəruriliyi müzakirə olunmuşdur

 

Fevralın 25-də Bakıda "Milli mühasibat uçotu sistemində islahatlar: ilkin nəticələr" mövzusunda konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkəmizdə beynəlxalq mühasibat uçotu sisteminə keçidin zəruriliyi barədə məlumat vermişdir. Bildirilmişdir ki, standartların tətbiqi ilə əlaqədar ilkin mərhələ 2005-2008-ci illəri əhatə etmişdir. Həmin dövrdə beynəlxalq standartlar Azərbaycan dilinə tərcümə olunmuş, 37 büdcə, 24 kommersiya

1 qeyri-hökumət təşkilatı üçün hazırlanmış təsdiq olunmuşdur. Həmin dövrdə lazımi normativ-hüquqi metodoloji baza formalaşdırılmışdır. 2-3 ildən bir qəbul olunan yeni standartların tərcüməsi üçün müvafiq şərait yaradılmışdır. 2010-cu ildə qəbul olunmuş son standartlar artıq təqdim olunmuşdur. Bununla yanaşı, yeni standartların tətbiqi hesabatların qəbul olunması bir sıra problemlərin mövcudluğunu aşkar etmişdir. İlk növbədə, mühasibat uçotu audit sahəsində yeni bilik bacarıqlara malik mütəxəssislərin kifayət qədər olmaması məlum olmuşdur. Həmin problemi aradan qaldırmaq üçün islahatların 3-cü mərhələsində nəzərdə tutulan bəzi tədbirlərin təxirə salınmadan həyata keçirilməsinə başlanılmışdır.

Hazırda Təhsil Nazirliyi ilə birgə ali təhsil ocaqlarında müvafiq ixtisaslar üzrə tədris yalnız beynəlxalq milli mühasibat uçotu standartları üzrə təşkil olunmuşdur.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bu məsuliyyətli işi həyata keçirmək üçün yeni trenerlərin hazırlanmasının zəruriliyini diqqətə çatdırmışdır.

Tədbirdə Prezident Administrasiyasının İqtisadi Siyasət şöbəsinin müdiri Mayıl Rəhimov, Milli Məclisin deputatları, dövlət qurumlarının beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-26 fevral.- S. 2.