"Məcburi
köçkün Anar
Usubovun həyat hekayəsi" filminə baxış keçirilmişdir
Fevralın 25-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı yeni çəkilmiş "Məcburi köçkün Anar Usubovun həyat hekayəsi" filminə baxış keçirilmişdir. ADA-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə filmin baş qəhrəmanı, 8 yaşında Xocalı soyqırımının şahidi olmuş Anar Usubov da iştirak etmişdir.
Tədbirdə çıxış edənlər vurğulamışlar ki, Xocalı soyqırımı azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Bu faciə xalqın yaddaşından heç vaxt silinməyəcəkdir.
Günün ikinci yarısında ADA-nın müəllim və tələbə heyəti
Xətai rayonunda faciə qurbanlarının
xatirəsinə ucaldılmış
abidəni ziyarət etmişlər.
Azərbaycan.- 2011.-26 fevral.- S. 2.