Sən Xocalıya qayıdacaqsan
O vaxt sən dünyaya təzəcə göz açmışdın. Hələ ana südünün şirinliyindən başqa bir təam dadmamışdın. Düşmən gülləsindən aldığın yaralar yaman ağrı-acılar duydurdu sənə...
O vaxt sən beşiyində mışıl-mışıl yatırdın. Həzin ana laylasından qeyri hələ heç bir nəğmə eşitməmişdin. Düşmən topundan-tüfəngindən qopan vahiməli səslər körpə bağrını yamanca yardı sənin... O vaxt sən isti ana qucağında böyüyürdün. Bu "cənnət"i itirməyinin səbəbini o zaman dərk edə bilməzdin. Çox körpə idin axı...
İndi yaşın 20-yə
çatıb. Deyirsən
ki, Xocalıya dönmək istəyi ilə yaşayırsan və bu arzuya
çatmaq üçün
silaha sarılmağa,
döyüşməyə də hazırsan. Deməli, nələr olub, nələr keçib - hamısını
bilirsən. Deməli,
dostunu-düşmənini yaxşı
tanıyırsan.
Azərbaycan.- 2011.-26 fevral.- S. 4.