"Xocalıya ədalət" kampaniyası çərçivəsində dünya universitetlərində flaşmob aksiyalar keçirilmişdir

 

AzərTAc xəbər verir ki, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə İsveçin Linköping, Almaniyanın Potsdam Türkiyənin Mərmərə, İstanbul, Ankara, Erciyez, Çukurova, 19 Mayıs TOBB universitetlərində Xocalı qətliamının 19-cu ildönümünə və soyqırımı cinayətinin qarşısının alınması günahkarların cəzalandırılmasına dair beynəlxalq Konvensiyanın qüvvəyə minməsinin 60-cı ildönümünə həsr edilmiş flaşmob tipli dinc aksiyalar keçirilmişdir.

Aksiyaların davamı olaraq "İsveçin Gənc Azərbaycanlıları" təşkilatı bu ölkənin Xarici Əlaqələr Assosiasiyası ilə birgə Linköping Universitetində "Dondurulmuş münaqişələrdə müharibə cinayəti, Xocalı faciəsi" adlı tədbir keçirmişdir. Tədbirdə iştirak edən ölkəmizin İsveçdəki səfiri Rafael İbrahimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Xocalı qətliamı barədə məruzə ilə çıxış etmişdir.

Eyni zamanda, "Xocalıya ədalət" kampaniyası çərçivəsində Almaniyanın Potsdam Universitetində Xocalı faciəsinə həsr edilmiş tədbir keçirilmişdir. Azərbaycanlı alman tələbələrin iştirakı ilə keçirilən aksiyada Xocalı həqiqətləri barədə məlumat verilmiş, soyqırımından bəhs edən kitab broşürlər, kompakt disklər paylanılmış, "Xocalıya ədalət" kampaniyasının petisiyası imzalanmışdır. Sonra tələbələr Potsdam Universitetinin xarici əlaqələr şöbəsinin prezidenti Ulrich Hunger ilə görüşmüş, ona Azərbaycan Xocalı həqiqətləri haqqında müxtəlif kitab disklər hədiyyə etmişlər.

Söhbət zamanı Ulrich Hunger "Xocalıya ədalət" kampaniyası çərçivəsində hazırlanmış plakatı otağında saxlayacağını faciə barəsində qonaqlarına məlumat verəcəyini söyləmişdir.

 

 

Azərbaycan.- 2011.-26 fevral.- S. 4.