ÖZÜ BOYDA TABUT OLDU XOCALI
...Mən
hardayam qadir Allah,
hardayam?
İçim zülmət,
çölüm zülmət,
dardayam.
Ətrafımda yalquzaqlar
ulaşır,
Hara qədəm
qoyuramsa, ayağım,
Ölənlərin qanlarına
bulaşır!
Sakinləri otlaq kimi biçilmiş,
Al qanları
şərab kimi içilmiş,
Sahibi yox məzarlıqmı bu şəhər?
Özü boyda külü qalıb, közü yox,
Bir quruca adı qalıb, özü yox!
Gözlər gördüm,
neştər ilə oyulmuş,
Üzlər gördüm, dəriləri
soyulmuş.
Kim doğrayıb
bu günahsız qolları,
Cəsədlərlə doldurublar yolları.
Baltalanmış başlar
gördüm,
bədən yox,
Nədən yoxdur,
Nədən yoxdur,
Nədən yox?!
Harda batıb
qalmısan sən,
Harda yatıb
qalmısan sən,
Ey dünyanın sahibi?
Kəsik başda
qana batmış örpəyə,
Daş divara mismarlanmış körpəyə,
Necə baxım,
necə mən!
Allah, bu qış necə qanlı fəsilmiş,
Qadın gördüm
mən döşləri
kəsilmiş,
Bu daşnaklar
nə yırtıcı
nəsilmiş...
Yer üzündə
vəhşilikdə təkdilər,
Neçə-neçə türk
oğlunun köksünü
Parçalayıb xaç nişanı çəkdilər.
Bu nə
dəhşət,
Bu nə
vəhşət,
İlahi!!!
Sakit baxa bilərəmmi səncə
mən,
Hər ayağı
bir budağa bağlanıb,
Ortasından şaqqalanmış
gəncə mən,
İlahi!
Yaxşı baxın
o biçarə qarıya,
Nəvəsinin sümüklərin
toplayır
Kül içində, hey zarıya-zarıya.
Gəl gözümdən
milyard gözə yaş daşı,
Özü boyda bir məzardır Xocalı,
Sanki mənəm
bu gün onun baş daşı!
Dilçəyindən qoparılmış
dillərin,
Ən sonuncu axır vida sözüyəm.
Cavanların gilələri
bıçaqla,
Mehvərindən çıxarılmış gözüyəm.
Tonqallarda yandırılan
çağalar
Toplumunun çırtıldayan
közüyəm,
Xocalının özüyəm.
Niyə tanrı
seçmir ağı
qaradan,
Körpələrin gözlərini
çıxarıb,
Giləsindən boyunbağı
yaradan
Bu qatillər
zümrəsinin qətlinə,
Niyə axı fərman vermir Yaradan?
Nə olsun ki, ömür tanrı payıdır,
Yoxsa o da qəlbi xalqa qapalı,
Daş ürəkli bir oliqarx tayıdır?
Bunun üçün
bəlkə çox vaxt duamız,
Qapısından əli yalın qayıdır?
Heç kəs məni öz "Mən"inə qatmadı,
Yeddi milyard allahdaşın yeddisi,
Xocalımın harayına
çatmadı.
Naqasaki, Xatın,
Sonqmi biçimdə,
Bir şəhəri
öldürüblər içimdə.
Bəşəriyyət lalmı,
karmı, kordumu,
Biganələr dünyasiylə
döyüşə
Göndərimmi indi qəzəb ordumu?
Bir yad quşa daş atdıqmı məgər
biz,
Xocalı tək günahsız bir şəhəri,
Avropada yandırsaydıq
əgər biz,
Dözərdimi qəlbi
paslı dəmirlər?
Bizi məşhər
ayağına çəkərdi,
Qan möhürlü
qətnamələr, əmrlər.
Bir şəhəri
yer üzündən sildilər,
Silən kimdi? başbilənlər bildilər.
Yeri tutmur, göyü tutmur zillətim,
Bu dünyada
min şəhərdən birindən,
Baş sağlığı
eşitmədi millətim.
Niyə axı tənhalıqda qocalım,
Özü boyda tabut oldu Xocalım.
Bir dost şəhər
tapılmadı cahanda,
Qatillərə nifrət
təbli çaldıra,
Bu tabutu öz çiyninə qaldıra.
Millətinin sayı
qədər insanı,
Qırıb-tökən vəhşilərə
nə deyim,
Haqqım varmı
yaşamına "hə"
deyim?
Qəzəb ilə,
nifrət ilə dolmasam,
Üzərindən yüz Xocalı qatili
Asılmış bir dar ağacı olmasam,
Allah məni
bağışlamaz ölüncə.
Gör nə deyib bir əcnəbi
rahibi:
"Əgər
olsam okeanlar sahibi,
Susuzluqdan yana-yana
zillətə
Düçar olan o yırtıcı millətə,
Bir qətrəmi,
bir damlamı qıymaram".
Beş qitəlik
zəlzələdir harayım,
Xocalı tək topdağıtmaz sarayım,
Külə dönüb...kimdən kömək arayım?
Bütövlüyə axınlaşa
bilməyən,
Bir-birinə bəlkə
14 əsrdə,
14 addım
yaxınlaşa bilməyən,
Dər ül-İslam
dünyasından bircəsi
Qəzəbini qəzəbimə
qatmadı,
Xocalımın harayına
çatmadı!
Dindaşına heç
vaxt hayan olmayıb,
Özsüzlükdə tək özünü yaşatdı.
Şeytan dolu, ifrit dolu Hayastan
Böyründəkən, Kəbədə
O xəyali
şeytanlara daş atdı.
Hayastana atılsaydı
o daşlar
Qan düşmənim
Daşnakstan bölgəsi,
O şeytanlar,
o iblislər ölkəsi,
İndi torpaq altındaydı bəlkə
də.
Axmaz idi daha dərya qanımız,
Canlı şeytan
zümrəsindən dünyada,
Birdəfəlik qurtarardı
canımız.
Bir səs dəydi qulağıma...bu nə səs?
- Ömrü
talan, qəlbi talan,
Səmalarda qanad çalan
Bir ananın
ruhuyam mən.
Bir quş idim...qonmaq üçün
Bir Xocalı
talam vardı,
İndi isə talasızam.
Üç körpəcə
balam vardı
Tikə-tikə doğradılar,
İndi artıq
balasızam.
Qocalanda söykənməyə
Üç möhtəşəm
qalam vardı,
Dağıtdılar...qalasızam.
Xocalıda gözlərimi
Çıxardılar...gözümsüzəm.
Dilçəyimi boğazımdan
Qopardılar...sözümsüzəm.
Vətən adlı
ocağımı
Söndürdülər...közümsüzəm.
Dözümümü öldürdülər,
Bu millətin
ürəyinə
Hardan alıb
dözüm süzəm?
Bəlkə dözüm
yetər daha,
İstəmirəm mən tanrıdan
Borc alaraq özüm süzəm.
Səmalarda qanad çalan
Ruham indi...Xocalısız.
Qadir allah ürəyimə
Bircə damla Xocalı sız,
Dözəmmirəm Xocalısız.
Ölüm yüklü
raketləri,
Səma boyu süzdürənlər,
Ey İraqı,
Fələstini
Qan selində
üzdürənlər,
Ürəyimin sən Qarabağ,
Tellərini niyə
kəsdin?
Yoxsa bizi yer üzündən
Silməkmidi sənin
qəsdin?
Sanmayın ki, işğalçıya
Dayaq olmaq dəyanətdir,
O ən böyük xəyanətdir.
Sanmayın ki, inayətdir,
O, bəşəri
cinayətdir.
* * *
60 milyon qan qardaşım ərmisə,
Qartalmısa, pələngmisə,
nərmisə,
Hər yumruğu
açılmamış mərmisə,
Hacət yoxdur susub fikrə dalmağa!
Hayk ünvanlı
hibrit-daşnak nəslinin
Üzərində zəfər
təbli çalmağa,
Zəngəzurun, Qarabağın,
Göyçənin,
Xocalının qisasını
almağa
Gücüm çatar!
Çatar!
Çatar!
Çatacaq!..
Zeynal VƏFA
Azərbaycan.- 2011.-26 fevral.- S. 6.