Xocalı faciəsi - vəhşiliyin, qəddarlığın son həddi

 

Azərbaycan Texniki Universitetində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə AzTU-nun həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoymuş universitetin foyesində təşkil olunmuş fotosərgiyə tamaşa etmişlər.

Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Havar Məmmədov açmışdır. Onun təklifi ilə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rektor Azərbaycan tarixinin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından, ermənilərin azərbaycanlılara qarşı digər vəhşiliklərindən danışmış, bu qanlı hadisələrə münasibətini bildirmişdir. O qeyd etmişdir ki, Xocalı soyqırımı bir gecədən doğan müsibət deyildi. Bu faciədən danışarkən o vaxt ölkəyə rəhbərlik edənlərin mənəvi məsuliyyətini qeyd etmək lazımdır. Belə ki, həmin dövrdə dövlət orqanları Xocalının etibarlı müdafiəsini təşkil etmək üçün heç bir əməli tədbir görməmiş, şəhərin sakinlərini taleyin ümidinə buraxmışdılar. Uzun müddət mühasirədə qalmış Xocalı şəhərinin müdafiəçilərinə heç bir hərbi, maddi mənəvi kömək göstərilməmişdir. Rektor ümidvar olduğunu bildirmişdir ki, o faciəli gecədə həlak olmuş azərbaycanlıların fəryadı cavabsız qalmayacaq, torpaqlarımız tezliklə düşmən tapdağından azad olacaq.

Sonra kafedra müdiri, millət vəkili, professor Astan Şahverdiyev, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı, universitetin tələbə yataqxanasında məskunlaşmış Rüquyyə Rüstəmova, tələbə Nəzrin Şamxalova başqaları çıxış etdilər.

Axırda Xocalı faciəsini əks etdirən sənədli film tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

 

 

Azərbaycan.- 2011.-27 fevral.- S. 2.