Erməni və ermənipərəst qüvvələr Sumqayıt hadisələrinin kökünü 1963-cü ildə axtarmağa çalışırlar

 

Onların bu təbliğatı da cəfəngiyatdan başqa bir şey deyil

 

Sumqayıt. 7 noyabr 1963-cü il. Sumqayıtlılar böyük oktyabr sosialist inqilabının 64-cü ildönümünü qeyd etmək üçün Lenin meydanında nümayişə çıxmışdılar. Sumqayıt Boru-Prokat Zavodunun metallurqları meydana daxil oldular və dayandılar. Nümayiş iştirakçıları əllərindəki portretləri yuxarı qaldırıb şüarlar səsləndirirdilər. "Rədd olsun sovet imperiyası!" "Yaşasın müstəqil Azərbaycan!" Nümayişçilərin əksəriyyəti gənclər idi. Onlar Səməd Vurğun adına mədəniyyət sarayının qarşısına vurulmuş N.Xruşşovun iri portretini də cırıb atdılar.

Kommunistlərin nümayişi pozuldu. Milislə gənclər arasında qarşıdurma yarandı. Şəhər rəhbərləri qaçıb kabinetlərdə gizləndi. Milis rəisinin, hərbi komissarın poqonları qoparılıb yerə atıldı. Gənclər "Yaşasın müstəqil Azərbaycan!" deyərək nümayişin istiqamətini Lenin küçəsi ilə yox, Nizami küçəsi ilə davam etdirməyə başladılar.

Respublika rəhbərliyi güc strukturlarını Sumqayıta yeritdi, nümayiş dağıdıldı, onun təşkilatçılarını tutdular, bəzilərini antisovet təbliğatında iştiraka görə həbs etdilər.

Oxucular haqlı olaraq sual verə bilərlər: 1963-cü ildə mövcud quruluşa qarşı keçirilən aksiyanın 1988-ci ildə Sumqayıtda baş verən qanlı aksiya ilə nə əlaqəsi var? Təbii ki, heç bir. Amma bəzi ermənipərəst publisistlər indi də 1988-ci hadisələrinin kökünü 1963-cü ildə axtarmağa çalışırlar. Qələmi Ermənistana və erməni xalqına xidmət edən rus publisisti V.Danilov "Niyə Sumqayıt?" adlı cızmaqarasında tarixçilərin unutduğu bir hadisəni oxuculara çatdırmaq istəyir.

1963-cü il noyabr ayının 15-də Kubanın SSRİ-dəki səfiri Karlos Olivares Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə bir məktub göndərir. Məktubla tanışlıqdan sonra onu Mərkəzi Komitəyə dəvət edirlər. Səfir bildirir ki, o bu məktubu Sumqayıtda Mərkəzi Elektrik Stansiyasında təcrübə keçən dörd nəfər gənc kubalının xahişi ilə yazmışdır. Gənclərin dediyinə görə, noyabr ayının 7-də Sumqayıtda baş verən iğtişaş zamanı azərbaycanlılar ruslara, ermənilərə qarşı aqressiv çıxış edirdilər. Onlara hədə-qorxu gəlir, Azərbaycanı tərk etmələrini tələb edirdilər. Əks təqdirdə onlara qarşı daha amansız tədbirlər görəcəklərini söyləyirdilər. Belə münasibət kubalı tələbələrə qarşı da yönəlmişdi.

Mərkəzi Komitədə Olivaresə bildrilmişdilər ki, biz 7 noyabr hadisələrindən sonra bir çox məsələləri aydınlaşdırdıq. Sizin tələbələrin Sumqayıtdan Kubaya qayıtmalarını soruşanda isə onlar "Biz burada təcrübəmizi başa vurduqdan sonra vətənə qayıdacağıq" demişlər. Çıxılmaz vəziyyətdə qalan səfir söhbətinin istiqamətini dəyişərək qeyd edir ki, azərbaycanlıların ermənilərə qarşı münasibəti çox pisdir. Onlar ermənilərə hədə-qorxu gəlir, Azərbaycanı tərk etməyi tələb edir, əks təqdirdə onları qətlə yetirəcəkləri ilə qorxudurdular.

Danilov adını çəkdiyimiz cızmaqarasında 1963-cü illə 1988-ci il arasında bir paralel axtarır, bunu siyasi xarakter yox, milli məsələ kimi qələmə verir. Qeyd edir ki, 1988-ci ildə Sumqayıtda baş verən hadisə birdən-birə baş verməmişdir. Azərbaycanlılar bu "genosid"ə çox-çox əvvəl hazırlaşmışdılar.

Əlbəttə, Danilovun cəfəngiyatına inanan az tapılar. Mən 1988-ci ildə Sumqayıtda baş verən hadisələri tədqiq etməklə yanaşı, Sumqayıtın tarixini də az-çox araşdırmışam. 1963-cü ildə Sumqayıt Mərkəzi Elektrik Stansiyasının direktoru işləmiş Əli Mustafayevlə söhbətimizdə kubalı tələbələrin onun rəhbərlik etdiyi müəssisədə özlərini necə aparmaları, onlara qarşı münasibətlə bağlı sual verəndə Əli müəllim belə cavab verdi: - Birincisi, Mərkəzi Elektrik Stansiyasında təkcə kubalılar təcrübə keçmirdilər. Burada rumıniyalı, polşalı, əfqanıstanlı tələbələr də çalışırdılar. Hamısı bir yataqxanada qalırdı. Aralarında dostluq əlaqəsi vardı. 1963-cü ildə Sumqayıtda baş verən hadisələrdən sonra biz gənclər arasında təlim-tərbiyə işini gücləndirdik, onlarla fərdi söhbətlər apardıq. Lakin bir gün mənə belə məlumat çatdı ki, Sarkisyan familiyalı bir erməni xarici vətəndaşlar arasında antiazərbaycan, antitürk təbliğatı aparır. Deyir ki, 1915-ci ildə Türkiyədə ermənilərə qarşı "genosid" olub. İndi də bunu Azərbaycanda etmək fikirləri var. Bizə hücum olarsa, sizi də qovacaqlar. Mən informasiyanı dəqiqləşdirdim, deyilənlər düz idi. Həmin ermənini yanıma çağırıb dedim: - Əgər istəsəm, səni KQB-nin əlinə verərəm. Amma humanistlik edib bunu etmirəm. Sabahdan isə ayağın bu müəssisəyə dəyməsin. Sonralar öyrəndim ki, o, Stepanakertə köçüb.

Erməni millətçiləri əsrlər boyu azərbaycanlılarla yanaşı yaşasalar da, qəlblərində türklərə qarşı həmişə kin-küdurət olub. Torpaq iddiası ilə yaşayanlar tarixin ayrı-ayrı zaman kəsiyində hücuma keçməyə çalışıblar. Bunun üçün insana şərəf gətirməyən ən iyrənc metodlara əl atıblar. Uşaqlarına körpəlikdən türklərə nifrət oyadıblar. Bununla bağlı bir misal çəkmək istəyirəm. 1989-cu ildə Kislovodskda "Kimyaçı" sanatoriyasında istirahət edirdim. Sanatoriyanın yanında belaruslar öz fəhlələri üçün böyük bir müalicə kompleksi tikirdilər. İnşaatçılardan Stepan adlı bir belarusla tanış oldum. Çox mehriban və səmimi insan idi. Bir gün Dağlıq Qarabağ haqqında aramızda söhbət oldu. Stepan dedi ki, yaşadığım Mogilyov şəhərində Armen adlı bir dostum vardı. 1982-ci ildə oğlu Surenin 10 yaşı tamam olmuşdu. Ad günündə iştirak edirdim. Məclis çox şən keçdi. Axırda ortaya iri bir tort gətirdilər. Bıçağı Surenə verdilər. 10 yaşlı bu uşaq bıçaqla tortu tən yarıdan kəsib dedi ki, türkü belə kəsərlər.

Əvvəllər bunun mənasını başa düşmədim, düzünə qalsa, heç əhəmiyyət də vermədim. Lakin Qarabağ hadisələri başlananda Armenin oğlu Surenin bu hərəkəti yadıma düşdü. "Yəni onların türklərə bu qədər nifrəti var? Doğrudanmı, Dağlıq Qarabağ ermənilərindir?"

Mən Stepana hər şeyi qısaca izah etdim. Dediklərimə şübhəsi qalmasın deyə erməni tarixçisi İşxanyanın 1916-cı ildə yazdığı "Qafqaz xalqları" kitabından sitat gətirdim: "Ermənilər Dağlıq Qarabağa Türkiyədən və İrandan köçmüş qaçqınlardır". Hətta onu da deməyi özümə borc bildim ki, ermənilər anamın doğma babası Hüseynqulunun və əmisi Cahangirin başlarını kəsmişlər. Stepan başını buladı və təəssüfləndiyini bildirdi.

Danilov kimiləri Rusiyada, Amerikada, Fransada çoxdur. Onlar Ermənistan rəhbərliyinə maddi və mənəvi dəstək olaraq Dağlıq Qarabağ iddiasından əl çəkməmələrini tövsiyə edirlər. Özlərini vətənpərvər adlandıran bir sıra erməni yazıçıları, publisistləri isə öz böhtan xarakterli yazıları ilə Azərbaycan xalqına böhtan atmaqla məşğuldurlar. Bu işdə erməni Qriqorian kilsəsi daha çox fəallıq göstərir.

Kilsənin Azərbaycana qarşı apardığı təbliğata fikir verək. O vaxtlar "Amerikanın səsi" radiostansiyası erməni redaksiyasının etirafına görə, aşkarlıq şüarı ilə erməni Qriqorian kilsəsi erməni xalqının hərəkatına başçılıq etməyə və Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması tələbini irəli sürməyə başlamışdı. Erməni ruhaniləri bildirmişdilər ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov bu məsələni ermənilərin xeyrinə həll etməsə, daha qəti tədbirlərə əl atacaqdır.

Arxiyepiskop Mesropun dediyinə görə, 1988-ci il martın 13-də Nyu-York şəhərində ermənilərin mitinqi erməni kilsəsinin ali rəhbərliyinin çağırışı ilə təşkil edilmişdi.

Avstriyada nəşr olunan "Vohenpress" jurnalının baş redaktor müavini və xarici şöbənin rəhbəri, Luspan Meyzels 1988-ci ildə Yerevana gedib qayıtdıqdan sonra jurnalın 22-ci sayında erməni kilsəsinin ən yüksək vəzifəli xadimlərindən biri ilə müsahibəsinin məzmunu haqqında geniş məqalə dərc etmişdi. Həmin din xadimi ilə görüş Vyanadakı erməni yepiskopu, professor Mesrop Krikoryanın yazılı tövsiyəsi ilə baş tutmuşdu. Bu söhbət indiki münaqişədə erməni ruhanilərinin strategiyasını və taktikasını açıq şəkildə nümayiş etdirir. O, Avstriya jurnalistinə demişdi: "Erməni kilsəsi rəsmən indiki münaqişə barəsində öz mövqeyini şərh edə bilməz, amma əmin ola bilərsiniz ki, qardaşlarımıza ürəyimiz yanır". "Əgər kilsə öz münasibətini elan etmirsə, Ermənistan hökuməti yerində sayırsa, onda Qarabağ ermənilərinin hüquqlarını kim müdafiə edə bilər" sualına cavabı isə belə oldu: Biz yalqız deyilik. Xaricdəki qardaşlarımız siyasi cəhətdən heç bir məhdudiyyət görmürlər. Onlar bizim haqq işimizin müdafiə olunmasını öz hökumətlərindən tələb edə bilərlər və bu təzyiq, şübhəsiz, az sonra öz təsirini göstərəcək.

Belə də oldu. Stepanakertdə kütləvi mitinq və tətillər, Livandan və Suriyadan göndərilən ilk silahlar, Əsgəranda iki azərbaycanlı gəncin öldürülməsi, Sumqayıtda törədilən faciə bunlara əyani sübutdur.

Azərbaycana qarşı ən böyük təbliğat kampaniyasını aparanlardan biri də "Vatikanın səsi" radiostansiyasıdır. Bu radiostansiya ilk dəfə 1931-ci ildə efirə çıxmışdır. Əsas məqsədi islam dinini parçalamaq, təriqətlərə bölmək, nüfuzdan salmaqdır. Radiostansiya getdikcə öz maddi-texniki bazasını gücləndirməyə başladı, onun ətrafına ermənilər və ermənipərəst alimlər, ilahiyyatçılar, təbliğatçılar, politoloqlar toplaşdılar. Hazırda "Vatikanın səsi" 37 dildə efirə çıxır. Onun verilişlərində Dağlıq Qarabağ problemi öndə durur. Demək olar ki, hər gün bu mövzuda müxtəlif verilişlər səsləndirilir.

Əfsuslar olsun ki, "Vatikanın səsi" öz həmvətənlərinə birtərəfli informasiyalar verir, dinləyiciləri çaşdırır. Radiostansiya geniş şəkildə "Şuşanın dirçəlişi fondu"nun fəaliyyətini işıqlandırır. Bu işdə onlara erməni diasporunun nümayəndələri kömək edirlər. Bunlar, əsasən, Sos Sarkisyan, Levon Ananyan, Flora Naxşkaryan, Zori Balayan, Bakur Karapetyan və arxiyepiskop Parqev Martirosyandır.

Ermənilərin apardığı təbliğat mexanizminin çürük özüllər üzərində qurulduğu hamıya bəllidir. Yalan, böhtan, oğurluq onların xarakterini müəyyən edən cəhətlərdir. Sumqayıtda baş verən hadisələrdə azərbaycanlıların "vəhşiliklərini" təbliğ edir, erməni ailələrinin azərbaycanlılar tərəfindən xilas olunduqlarını dillərinə belə gətirmirlər. Bakılı yəhudi 23 iyul 1989-cu ildə Təl-Əvivdə nəşr olunan "Kruq" məcmuəsində yazır: "Sumqayıt o şəhərdir ki, azərbaycanlılar erməniləri qəhrəmancasına ölümdən xilas edirdilər".

Rus yazıçısı Aleksandr Proxanov "Literaturnaya qazeta"da yazırdı ki, ilk qanı ermənilər tökmüşlər və davamı Sumqayıtda baş verdi.

Əvvəllər yazdığım məqalələrin bir neçəsində qeyd etmişəm ki, 1988-ci il fevralın 28-29-da iğtişaşların qabağını sovet qoşunları ala bilərdi. Nədənsə onlar gözləmə mövqeyi tutmuşdular. Təkrarçılığa yol verməmək üçün başqa misal çəkmək istəyirəm. Con Hopkins adına Orta Asiya və Qafqaz Tədqiqatlar İnstitutunun baş direktoru Sventa Kornell yazır: "Sumqayıtda yerləşən sovet əsgərləri və daxili qoşunlar hadisəyə qarışmadılar. Onlar sakitcə kənardan hadisələri izləyirdilər. Sovet hökuməti nəinki qanlı qarşıdurmanın qabağını almaq istəmədi, əksinə, iki millət arasında münaqişə yaratmaq istəyində idi".

Türkiyədə nəşr olunan "Cümhuriyyət" qəzeti 1967-ci ildə yazırdı: "Sovet Rusiyasının xarici işlər naziri Molotov 1945-ci il iyunun 7-də Türkiyəyə nota verdi. Bu nota da Qafqazın şərq vilayətlərindən Qars, Ərdəhan geri istənilir və boğazlarda rus üstünlüyünü təmin etmək üçün bir sıra tələblər irəli sürülürdü. O zaman Türkiyə xarici işlər naziri Nurulla Sümər ilə sovet səfiri Vinoqradov arasında baş vermiş aşağıdakı söhbət maraqlıdır:

Nurulla Sümər: - Dünya üzünün böyük bir parçasına sahib olan Rusiyanın doğrudanmı daha artıq torpağa ehtiyacı var?

Vinoqradov: - Torpağa ehtiyacı olan Rusiya deyil, Ermənistan Sovet Sosialist Respublikasıdır".

Yaxın tarixdən başqa bir misal: SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Filip Bobkov Moskvada çapdan çıxmış "DTK və hakimiyyət" kitabında yazır: "Sumqayıtda baş verən dəhşətli gecələrdən sonra mən tikinti kombinatının fəhləsi olan bir erməni qadınla söhbət etdim. Onun gəlini ağır gün keçirmiş, oğlu isə yaralanmışdı.

- Siz elə bilirsiniz ki, Yerevanda olan ziyalılar biz ermənilər haqqında düşünürlər? - deyə qadın bildirdi. - Xeyr. Onlar torpaq haqqında düşünürlər. Dağlıq Qarabağ da onlara bu məqsəd üçün lazımdır".

Həmin kitabdan daha bir misal: "Mən bir neçə aydan sonra Moskvada Ermənistan Nazirlər Soveti sədrinin birinci müavini Kirokosyanla görüşdüm. Təqaüddə idi. O, uzun müddət mənə izah edirdi ki, Dağlıq Qarabağ onlara nə üçün lazımdır.

- Bizə torpaq lazımdır, - dedi.

- Niyə? - təəccüblə soruşdum.

- Çünki ermənilər Ermənistandan çıxıb gedirlər, ona görə ki, torpaqları yoxdur.

- Hara?

- Stavropol vilayətinə, Sibirə, Mərkəzi Rusiyaya.

- Burada pis nə var ki?

- Necə yəni? Millət dağılır. Rusiyanın müxtəlif rayonlarına köçmənin qarşısını almaq üçün bizə mütləq torpaq lazımdır".

Bizcə, əlavə şərhə ehtiyac yoxdur.

Sumqayıtda baş verən hadisələrdə ermənilərin əli olduğu hamıya bəllidir. Bu, təkcə ermənilərin yox, Amerikada, Fransada, Rusiyada yaşayan erməni lobbisi tərəfindən düşünülmüş və həyata keçirilmiş qanlı bir aksiya idi. Məqsəd azərbaycanlıları başkəsən və quldur bir millət kimi dünya ictimaiyyətinə çatdırmaq, bununla da Dağlıq Qarabağı Azərbaycandan alıb, Ermənistanın tərkibinə qatmaq idi.

Ümumiyyətlə desək, ermənilərin müxtəlif zamanlarda öz çirkin və məkrli siyasətləri, başqa xalqlara qarşı qısqanc münasibəti, uydurmaları dünyada tanınmış bir çox siyasətçilər, tarixçilər, alimlər tərəfindən həmişə qəzəb və nifrətlə qarşılanıb. Deyilənlərə aid bir neçə misal:

"Bu tayfanın (ermənilər nəzərdə tutulur - E.M.) əsas keyfiyyətləri bunlardır: tamahkar, intriqa yaradan, satqın, başqaları qarşısında baş əyən. Bu millətin vətəni yoxdur ki, onunla fəxr etsin" (Eçmiədzin Sinodunun erməni Qriqorian kilsəsinin prokuroru A.Frenkelin 1907-ci ildə rus çarına göndərdiyi arayışdan).

"Mən ermənilərlə heç bir vaxt dil tapa bilməmişəm. Onların hiyləgərliyini, iyrənc hərəkətlərini, alçaqlığını görəndə ancaq təəssüflənirsən" (Fransız səyahətçisi De Şolye).

"Əlahəzrət, ermənilərin Rusiyanın mərkəzi yerlərində yerləşmələrinə icazə verməyin. Çünki bunlar elə tayfadırlar ki, onilliklər keçdikdən sonra bütün dünyaya sübut etməyə çalışacaqlar ki, bu torpaq onların əcdadlarınındır" (A.Qriboyedov. Rus imperatoruna ünvanladığı məktubdan).

"Ermənilər gürcülərin kilsələrində olan yazıları pozur, onların əvəzində ermənicə yazırlar" (İ.Çavçavadze, yazıçı).

"Kimsə erməni xalqının qəhrəmanlığı haqqında eşidibmi? Olubsa, harada qeyd olunub? Heç yanda! Ona görə ki, "erməni qəhrəmanları" ilk növbədə öz xalqının başkəsənləri olublar, nəinki xilaskarları" (Rus generalı Mayevski).

Necə deyərlər, kor-kor, gör-gör.

 

 

Eyruz MƏMMƏDOV,

"Exo Sumqayıta" qəzetinin

baş redaktoru, əməkdar jurnalist

 

Azərbaycan.- 2011.-27 fevral.- S. 6.