“İcra məmurları
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndinə əsasən, “Məhkəmələr və
hakimlər haqqında” və “Məhkəmə-Hüquq
Şurası haqqında” Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun
olaraq qərara alır:
“İcra məmurları
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə
18; 2001-ci il, ¹ 11, maddə 687, ¹ 12, maddə 731; 2003-cü il, ¹
1, maddə 23; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 3, maddə 133;
2006-cı il, ¹ 11, maddə 928; 2007-ci il, ¹ 1, maddə 4, ¹ 7, maddə
712; 2010-cu il, ¹ 7, maddə 591) 1-ci maddəsində “Ağır
cinayətlərə dair işlər üzrə
Naxçıvan Muxtar Respublikası məhkəməsinin,
yerli iqtisad məhkəmələrinin, Ağır cinayətlərə
dair işlər üzrə Azərbaycan Respublikası hərbi
məhkəməsinin, hərbi məhkəmələrin,
Ağır cinayətlərə dair işlər üzrə
Azərbaycan Respublikası məhkəməsinin” sözləri
“Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər
Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin,
inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin”
sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2011-ci il.
Azərbaycan.- 2011.- 1 iyul.- S.
1.