Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, I kitab, maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə
139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə
731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr
234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692;
2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr
177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr
407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr
713, 714; 2004-cü il, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr
200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397,
¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə
900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə
61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462,
466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr
875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr
1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr
219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr
923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr
3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401,
440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10,
maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049,
1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217,
1218, 1221; 2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152,
159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454,
460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr
699, 701, 711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956,
957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹ 2, maddələr
36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr
404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12,
maddələr 953, 954, 966, 971; 2010-cu il, ¹ 2, maddələr 70,
71, ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹
5, maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr
577, 591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹11, maddələr
936, 938, 949; ¹12, maddə 1059; 2011-ci il, ¹ 2, maddələr 70,
71, ¹ 3, maddələr 162, 164, 167, 168, 170, ¹ 4, maddələr
246, 254) aşağıdakı dəyişikliklər edilsin:
1.
Aşağıdakı məzmunda 159-1-ci maddə əlavə
edilsin:
“Maddə 159-1. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə
görə inzibati cərimə növündə inzibati
tənbeh tətbiq etmə
haqqında qərarın icra edilməməsi
Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə
görə inzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə
mindiyi gündən 3 ay müddətində qanunla müəyyən
edilmiş əsaslar olmadan icra edilməməsinə görə-
nəqliyyat vasitələrini
idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.”.
2. 360.1-ci maddədə
“155.7,” rəqəmindən sonra “159-1,” rəqəmi əlavə
edilsin.
3.
Aşağıdakı məzmunda 371.1.8 -371.1.9-cu maddələr
əlavə edilsin:
“371.1.8. inzibati xəta
hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin
(videokameraların) nəzarəti altındadırsa, hadisənin
görüntülərinin elektron daşıyıcıda surətini
almaq;
371.1.9. yol hərəkəti
qaydaları əleyhinə törədilən inzibati xəta
xüsusi texniki vasitələrin köməyi ilə aşkar
edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat
nişanının nömrəsi, inzibati xəta sürət
həddinin aşılması ilə əlaqədar olduqda
sürətölçən cihazın göstəricisi,
inzibati xətanın törədilmə yeri və tarixi barədə
məlumatlar göstərilməklə, inzibati xətanın
törədildiyi anın fotoşəklini almaq.”.
4.
Aşağıdakı məzmunda 406.1.7-ci maddə əlavə
edilsin:
“406.1.7. yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə
görə inzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə
mindiyi gündən 2 ay müddətində icra edilməməsinə
görə nəqliyyat vasitəsinin saxlanılması barədə
məhkəmə və ya müvafiq icra hakimiyyəti
orqanının qərarı olduqda.”.
5. 407.1-1-ci maddədə
“pozulduğuna görə” sözlərindən sonra “, inzibati
cərimənin müəyyən edilmiş müddətdə
ödənilməməsinə görə tətbiq edilən
nəqliyyat vasitəsinin saxlanılması barədə qərara
əsasən” sözləri əlavə edilsin,
“sürücü inzibati cəriməni” sözləri “nəqliyyat
vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş
şəxs inzibati cəriməni (müvafiq olaraq
hesablanmış dəbbə pulu daxil olmaqla)” sözləri ilə
əvəz edilsin.
6. 410-cu maddə üzrə:
6.1.
aşağıdakı məzmunda 410.1.7-1-410.1.7-2-ci maddələr
əlavə edilsin:
“410.1.7-1. inzibati xətanın
aşkar edilməsində texniki nəzarət etmə vasitələrindən
istifadə olunmuşdursa, onların göstəriciləri;
410.1.7-2. inzibati xətanın
törədilməsi nəticəsində şəxsin
sağlamlığına yüngül zərər
vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə,
bu hallar barədə qeydlər;”;
6.2. 410.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“410.3. Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə
inzibati xəta haqqında protokolun surəti verilir.”;
6.3. 410.4-cü maddənin
beşinci cümləsi aşağıdakı redaksiyada
verilsin:
“İnzibati xəta
haqqında iş üzrə zərər çəkmiş
şəxsin inzibati xəta haqqında protokolun surətini
almaq hüququ vardır.”.
7. 412.1-ci maddədə
“Törədilmiş” sözü “Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətalar istisna olmaqla,
törədilmiş” sözləri ilə əvəz edilsin.
8.
Aşağıdakı məzmunda 446.1.4-cü maddə əlavə
edilsin:
“446.1.4. barəsində
yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların
törədilməsinə görə inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarın icra edilməməsinə görə nəqliyyat
vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına
dair qərar çıxarılmış şəxs inzibati cəriməni
və müvafiq olaraq hesablanmış dəbbə pulunu
ödədikdə.”.
9. 451.7-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“451.7. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə
görə inzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərar qanuni qüvvəyə
mindiyi gündən 30 gün müddətində cəriməni
qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən
şəxsə onun ödənilmədiyi hər növbəti
gün üçün cərimə məbləğinin 2
faizi miqdarında dəbbə pulu hesablanır. Dəbbə pulu
bütün gecikdirilmiş müddətə, lakin 3 aydan
çox olmamaq şərti ilə tətbiq edilir.
Qərarın qanuni
qüvvəyə mindiyi gündən 2 ay müddətində
cərimə qanunla müəyyən edilmiş əsaslar
olmadan ödənilmədikdə, həmin qərarı qəbul
etmiş məhkəmə və ya müvafiq icra hakimiyyəti
orqanı inzibati xəta törətmiş şəxsin
inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat
vasitəsinin saxlanılması barədə qərar qəbul
edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin
duracağa gətirilməsinə və onun orada
saxlanılmasına görə haqq ödənildikdən dərhal
sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə
qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi
gündən 3 ay müddətində cərimə qanunla
müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə,
barəsində inzibati tənbeh tətbiq edilən şəxsin
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına
dair qərar qəbul edilir və cərimənin ödənilməsini
təmin etmək məqsədilə məcburi icraya yönəldilir.
Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq
etmə haqqında qərar könüllü icra
üçün qanunla müəyyən edilmiş vaxtda borclu
tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə,
müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi
icra tədbirləri ğörür.. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə
görə barəsində inzibati cərimə tənbeh
növü tətbiq edilən şəxs qərarı dərhal
və ya qərarın qanuni qüvvəyə mindiyi gündən
3 iş günü müddətində icra edərsə, tətbiq
olunan cərimənin məbləğinin 10 faizi miqdarında
ödənişindən azad edilir.”.
10. Aşağıdakı
məzmunda 455.6-cı maddə əlavə edilsin:
“455.6. Barəsində
yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların
törədilməsinə görə inzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarın icra edilməməsinə görə nəqliyyat
vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına
dair qərar çıxarılmış şəxs inzibati cəriməni
və müvafiq olaraq hesablanmış dəbbə pulunu
ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə
tərəfindən həmin şəxsin vəsatəti əsasında
xitam verilir.”.
11. 456.2-ci maddədə
“azaldıqda,” sözlərindən sonra “bu Məcəllənin
455.6-cı maddəsinə uyğun olaraq nəqliyyat vasitələrini
idarə etmək hüququnun məhdudlaşdırılması
haqqında qərara xitam verildikdə,” sözləri əlavə
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2011-ci il.
Azərbaycan.- 2011.-1
iyul.- S. 3.