Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara
alır:
Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə
17, ¹ 5, maddə 323; 2002-ci il, ¹ 5, maddə 236; 2003-cü il, ¹ 1,
maddələr 23, 24, ¹ 6, maddə 279; 2004-cü il, ¹ 7, maddə
505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761; 2005-ci il, ¹ 4, maddələr
277, 278; 2006-cı il, ¹ 2, maddə 64, ¹ 12, maddə 1006; 2007-ci
il, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə 68, ¹ 5, maddə 439, ¹ 6,
maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756; 2008-ci il, ¹ 6, maddə
462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1046; 2009-cu il, ¹ 6, maddə
402; 2010-cu il, ¹ 2, maddə 75, ¹ 4, maddə 276) 437-ci maddəsinin
mətni aşağıdakı redaksiyada verilsin:
“437.1.
Ərizəyə ilkin olaraq
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Plenumu tərəfindən təyin edilən
5 hakimdən ibarət məhkəmə tərkibi baxır. Məhkəmə tərkibinə daxil
olan hakim tərəfindən
işə baxılmasına yol verilməyən
hallar olduqda, Azərbaycan
Respublikası Ali Məhkəməsinin sədri
həmin hakimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
tərəfindən təyin edilən 5 ehtiyat
hakimdən biri ilə əvəz edir.
437.2.
Məhkəmə tərkibi ərizəyə baxaraq
aşağıdakı qərardadlardan birini
qəbul edir:
437.2.1.
ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə
riayət edilmədikdə, ərizənin qaytarılması
haqqında (ərizə vermiş şəxs
onun qaytarılmasına səbəb olmuş nöqsanları aradan
qaldırdıqdan sonra yenidən ərizə
verə bilər);
437.2.2.
bu Məcəllənin 432.2-ci maddəsində
nəzərdə tutulmuş əsaslar
olmadıqda, ərizənin rədd edilməsi haqqında;
437.2.3.
ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə
riayət edildikdə və bu Məcəllənin
432.2-ci maddəsində nəzərdə tutulmuş
əsaslar olduqda, ərizənin iş ilə birlikdə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi haqqında.
437.3
Bu Məcəllənin 437.2-ci maddəsində
nəzərdə tutulmuş qərardadlardan
şikayət verilə bilməz.
437.4.
Azərbaycan Respublikası Ali
Məhkəməsinin Plenumu yeni açılmış hallar
üzrə məhkəmə aktına yenidən
baxılması haqqında ərizəyə məhkəmə
iclasında baxır. Ərizəçiyə və işdə
iştirak edən digər şəxslərə
Plenum iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilir.
Lakin onların gəlməməsi ərizəyə
baxılmasına mane olmur.”
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2011-ci il.
Azərbaycan.-
2011.-1 iyul.- S. 3.