“Məhkəmə və hüquq mühafizə orqanları
işçilərinin dövlət müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 5-ci bəndinə əsasən, “Məhkəmələr
və hakimlər haqqında” və “Məhkəmə-Hüquq
Şurası haqqında” Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun
olaraq qərara alır:
“Məhkəmə və hüquq
mühafizə orqanları işçilərinin dövlət
müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il,
¹ 2, maddə 57; 2001-ci il, ¹ 11, maddə 683, ¹ 12, maddə 736;
2007-ci il, ¹ 7, maddə 712; 2008-ci il, ¹ 8, maddə 695; 2009-cu il, ¹
12, maddə 966) 5-ci maddəsinin ikinci hissəsindən “məhkəmələrin,
Azərbaycan Respublikasının ağır cinayətlərə
dair işlər üzrə hərbi məhkəmənin,
apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin və Azərbaycan
Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrin
işləri üzrə kollegiyalarının və hərbi”
sözləri çıxarılsın.
İlham
Əliyev ,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 10 iyun 2011-ci il.
Azərbaycan.-
2011.- 1 iyul.- S. 3.