“İcra
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2011-ci il 10 iyun tarixli 149-IVQD nömrəli
Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun
tarixli 149-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
1.1.
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının “İcra haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2011-ci il 10 iyun tarixli 149-IVQD nömrəli Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3.
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi normativ xarakterli
aktların “İcra haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun
tarixli 149-IVQD nömrəli Qanununa
uyğunlaşdırılması ilə bağlı
müvafiq tədbirlər görsün.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 iyun
2011-ci il.
Azərbaycan.- 2011.-1 iyul.- S.
2.